Obama Rusiyanı hədələdi: "Ukraynaya hərbi müdaxilə olsa…"

01.03.2014 - 10:22

Obama Rusiyanı hədələdi: “Ukraynaya hərbi müdaxilə olsa…”

ABŞ prezidenti Barak Obama Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı açıqlama verib. 
Obama Ağ evdəki brifinqində bəyan edib ki, Vaşinqton rus hərbçilərinin Krımdakı hərəkətindən narahatdır və Rusiyanı özünün beynəlxalq öhdəliyinə sadiq qalmağa çağırır.
“Biz Rusiyanın Ukraynadakı fəaliyyəti haqda məlumatlardan çox narahatıq. Biz zorakılığı mühakimə edirik və ukraynalıların ölkədə situasiyanı stabilləşdirmək cəhdlərini dəstəkləyirik. Rusiya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə, beynəlxalq qanunlara hörmətlə yanaşamq öhdəliyinə sadiq qalmalıdır”, – deyə Obama bildirib. 
ABŞ prezidenti əlavə edib ki, Ukrayna mövzusunda bu yaxınlarda Vladimr Putinlə danışıb, onun administrasiyası isə Rusiyalı həmkarları ilə daimi əlaqədədirlər. “Biz Avropa İttifaqındakı partnyorlarımızla vəziyyətin müzakirəsini davam etdirəcəyik və Rusiya hakimiyyəti ilə birbaşa təmaslarımızı saxlayacağıq”, – deyə Ağ evin rəhbəri qeyd edib.
Obama həmçinin Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya qarşı hər hansı hərbi müdaxiləyə baş vursa, bunun bəlli cavabı olacaq: “Ukraynaya istənilən hərbi müdaxilənin öz qiyməti olacaq”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031