ABŞ-dan Ərdoğan hökumətinə zərbə

01.03.2014 - 10:50

ABŞ-dan Ərdoğan hökumətinə zərbə

Səs yazılarının montaj olduğunu göstərən ekspert rəyləri saxta çıxdı
Amerika şirkətləri yalan xəbər yayanları rüsvay etdi: “Utanın!”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olan telefon söhbəti internetdə yayılandan sonra AKP-nin səs yazıları ilə bağlı ABŞ-dan rəy aldığı barədə xəbərlər yayıldı. Həmin xəbərlərdə bildirilirdi ki, səs yazıları AKP-nin  müraciəti əsasında ABŞ-ın ən qabaqcıl iki səs studiyasında ekspertizadan keçirilib. Mütəxəssislər müəyyən ediblər ki, yazıdakı səslər kəsilərək yapışdırılıb və ona kompüterdə əlavələr olunub. Lakin dünən sözügedən şirkətlər xəbəri yalanlayıblar. 
Xəbərdə adı keçən şirkətlərdən “John Marshall Media”nın (JMM) baş müdiri Jon Marşal Çeri bildirib ki, türk dilində hər hansı səs yazısını ekspertizadan keçirməyiblər: “Bu saxtakarlığı yayan xəbər agentlikləri, özünüzdən utanın!”. 
Çeri bildirib ki, sözügedən sənəd “J Ou Production” tərəfindən imzalanıb, üzərinə isə “John Marshall Media”nın vizit kartı yapışdırılıb: “Bu, şirkətin rəsmi sənədi deyil və hiylənin bariz nümunəsidir.  Səs yazısı şirkətimiz (JMM) tərəfindən təhlil edilməyib və JMM adlı bir səs mühəndisimiz də yoxdur. Özünü bizim şirkətin əməkdaşı kimi təqdim edən şəxsi məhkəməyə verəcəyik”. 
Xəbərdə adı keçən ikinci şirkət “Kaleidoscope Sound” isə  məlum səs yazısının sadəjə ardıcıl, kəsilmədən davam edib-etmədiyini təhlil etdiklərini bildirib. Şirkətin mütəxəssisi Rendi Krafton səs yazısının hissə-hissə olduğu barədə rəy verdiklərini, bunun xaricində başqa fikir bildirmədiklərini deyib. Onun sözlərinə görə, digər məqamlarla bağlı rəy vermək üçün şirkətdə ana dili türkcə olan bir mütəxəssis olmalı idi. Başa düşmədikləri bir dillə bağlı hər hansı fikir söyləyə bilməyəcəklərini deyən Krafton əlavə edib ki, verdikləri rəy kiminsə günahsız və ya günahkar olduğunu ortaya qoya bilməz. 
ABŞ-dan AKP hökumətinə növbəti zərbə Birləşmiş Ştatların insan haqlarının durumu ilə bağlı ənənəvi illik hesabatı ilə gəlib. Hesabatda 17 dekabr rüşvət əməliyyatı və bu istiqamətdə yaşananlar skandal kimi qiymətləndirilib. Türkiyəyə 51 səhifə yer ayıran hesabat müəllifləri bildiriblər ki, rüşvət əməliyyatı həm də, ölkənin polis və məhkəmə sisteminin hökumətin təsiri altında olduğunu üzə çıxarıb.
(azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4686

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031