Timsah saxlayan məmurlardan danışıldı

01.03.2014 - 10:59

Timsah saxlayan məmurlardan danışıldı

“Ukraynada baş prokurora məxsus sərvət Azərbaycanda 10-cu kateqoriyalı məmurda var”
ADP sədri Sərdar Cəlaloğlu mediaya açıqlamasında Azərbaycandakı məmurların dəbdəbəli həyatına diqqət çəkib. Partiya sədrinin sözlərinə görə, Azərbaycanda hətta 10-cu dərəcəli məmur kateqoriyası belə öz dəbdəbəli yaşamı ilə Ukrayna prezidenti və onun nazirlərindən geri qalmır:
“Bu gün Ukraynada Yanukoviçə məxsus saraylar, habelə Ukraynanın sabiq baş prokurorunun villası hakimiyyət və məmurların talançılıq siyasətinin nümunəsi kimi ictimaiyyətə təqdim edilir. Lakin Azərbaycanda 5-ci, 10-cu kateqoriyaya məxsus məmurlarda belə bur cür villa və saraylar kifayət qədər. Bizdə evində timsah saxlayan məmurdan tutmuş hər cür dəbdəbəyə malik çoxlu sayda məmura rast gəlmək mümkündür. Ukrayna baş prokurorunun malik olduğu sərvətə Azəbaycanda adi məmurlarda rast gəlmək olar. Bütün bunlar xalqdan oğurlanan pullardır və bu dəbdəbə xalqın hansı miqyasda talan edildiyini göstərir”.
(politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=4687

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930