Deputat oğlu Bakıda maşını gülləyə tutdu

01.03.2014 - 11:17

Deputat oğlu Bakıda maşını gülləyə tutdu

Ötən ilin mayında prezident İlham Əliyevin sərəncamı ilə “Qaçqınkom”un nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılan deputat Ayaz Orucovun oğlu Bakıda olay yaradıb.
Virtualaz.org xəbər verir ki, etibarlı mənbədən bizimyol.info-ya daxil olan məlumata görə, millət vəkilinin oğlu bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövslədən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.
Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Hadisəni törədən şəxsin kimiliyi məlum olandan sonra işi “sakit” formada həll etməyə qərar veriblər. Mənbənin məlumatına görə hadisə Binəqədi Rayon Polis İdarəsində araşdırılıb. Zərərçəkən sürücü 30 min manat kompensasiya aldıqdan sonra iş bağlanıb.
(virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4688

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031