QHT sektorunda ilginc qalmaqal
Emin Hüseynovun şok məktubu “Yeni
Cumhuriyyət”də
“Vətəndaş Cəmiyyətinin Müdafiə
Komitəsinin yenidən bərpası elə bu hökumətə lazım idi”
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ)
direktoru Emin Hüseynov Vətəndaş Cəmiyyətindəki durum haqda QHT rəhbərlərinə məktub
göndərib. Bir çox QHT rəhbərlərinə sərt ittihamlar səslənən həmin məktub özəl
kanallarla “Yeni Cumhuriyyət”ə daxil olub. Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin(VCMK)
yenidən bərpasına şübhəylə yanaşan E.Hüseynov yazır: “Görəsən nədən ümumi mübarizə aparmaq üçün birgə şeylər yox ,
mütləq hansısa ayrıca bir yeni Komitə lazımdır görünür ki, kimlərəsə lazım idi”.
Ardınca isə RATİ rəhbəri belə qənaətə gəlir ki, “VCMK-nin yaranması ilk növbədə
elə bu hökumətə lazım idi ki, VCMK deyilən qurumun 2-3 nümayəndəsi ilə
salam-sağol eləsinlər və sonra beynəlxalq və yerli ictimaiyyətə desinlər ki,
görürsünüz Sivil Toplumla dialoqdayıq”.
Emin bəyin məktubunu müəyyən ixtisarlarla diqqətinizə çatdırırıq: “Hökumət
Əli Hüseynli və Azay Quliyevlərin timsalında həmin VCMK bəzi səlahiyyətəri bəlli
olmayan üzvləri ilə görüşəndən sonra dedi ki, narahatçılıq aradan götürülüb, hətta
90 gün məsələsi qanunda yoxdur artıq. Daha sonra digər VCMK üzvləri heç kəslə məsləhətləşmədən
qaçdılar Azay Quliyevin qanadının altında hüquq və monitorinq komissiyasına üzv
olublar. Həmin Azay Quliyev də hay -haray salaraq bütün beynəlxalq görüşlərdə
(o cümlədən Vyanada keçən ATƏT-in Parlament Assambleyasının qış sessiyasında)
deməyə başladı ki, hökumət Vətəndaş Cəmiyyətinin ən narahat olan tərəfləri ile
birgə komissiya yaradıb imkan verməyəcək hər hansı bir QHT-ni nahaq yerə
incitsinlər . Axı niyə bu VCMK-da özlərindən qəhrəman, hamıdan ağıllı və
prinsipial qörünmək istəyən həmkarlar gedirlər Azay Quliyevin başçı olduğu
Hökumətin QHT-lərə divan tutmaq şurasının tərkibinə, komissiyaya üzv olurlar?
Bu azmiş kimi International Center for Non-for-profit Law (ICNL) adlı
Waşinqtonda baş ofisi olan beynəlxalq qurumun nümayəndəsi kimi təqdim olunan Məhəmməd
Quluzadənin bu komissiyada iştirakını hökumət elə təqdim edir ki, sanki demək
istəyirlər, bax, qörürsünüzmü sizin amerikanın ciddi təşkilatının nümayəndəsi də
burada oturur. Mən bu məsələ ilə bağlı ICNL baş ofisindən soruşacam ki, Məhəmməd
Quluzadə sizdə nəçi işləyir və onun iş mandatına uyğundurmu, gedib hökumət
qurumunda QHT-lərin işində inspektorlara ictimai dəstək qrupunda işləmək. Qubad
İbadoğlu VCMK- da QHT-lərin problemlərinə aid yeni bir grant lahiyəsi
hazırlayır donorlara təqdim etmək planlaşdırır. Mənim Qubad İbadoğlunun grant
almağına heç bir etirazım yoxdur, etirazım onadır ki, camaatı bir yerə toplayıb
məclisdə ayaq üstə dayanıb ətrafdakılara göstərirsiz “Ya zdes qlavnıy”, sonra
da gedib hökumətlə görüşüb birgə komissiyalar yaradırsız, daha sonra isə gedib
donorlara deyəcəksiniz ki, maliyyə verin, problemin həlli ilə məşğul olacayıq,
nəticədə isə heç bir irəliləyiş əldə olunmur. Bu VCMK -da və ümumilikdə Vətəndaş
Cəmiyyətində hamı bir-birindən küsülüdür. Bir çox abırlı adamlar haqsızlıqları
görüb heç bir yazışmalara nə də birgə tədbirlərə qatılıb, fikirlərini belə
bildirmirlər çünki, ümidlərini itiriblər. Bu günədək QHT problemlərində mən nə
lahiyə həyata keçirmişəm, nə də keçirmək niyyətindəyəm. Mənim öz ifadə azadlığı
sahəsində kifayət qədər çox işim var, ümumi Vətəndaş Cəmiyyətinin maraqları
naminə isə lazım gələrsə mən indikindən də çox təmənnasız işləməyə hazıram, təki
ümumi problemlərimiz çözülsün. Amma mən görürəm ki, aramızda 4-5 nəfərin
qeyri-səmimi addım atması bir çox adamları ruhdan salır. Onsuz da zəif olan həmrəyliyimizi
daha da sarsıdır. İlham Əliyev qanunu imzalayıb, VCMK bəyanat vermir. Ayrı-ayrı
yerli və beynəlxalq QHT-lər bəyanat verdilər, VCMK isə bir həftə yatır, deyirlər
ki, Qubad bəy xaricdədi, Arzu xanım da xəstədi ve s. Mənə aydın deyil bu VCMK
üzvləri əgər yığışıb bir operativ və sərt reaksiya verə bilmirsə nəyə lazımdır
belə qurum? Komissiyaya üzv olmağa vaxt tapa bilirsiz, amma, operativ
prinsipial mövqeni verə bilmirsiniz. Stefan Fule, Ketrin Eşton vaxt tapıb bəyanat
verir, amma sizdən səs-soraq belə olmadı. VCMK-nı yaradanda deyirdiniz ki, 5 il
qabaq uğurlu fəaliyyəti olan birgə qurumu reanimasiya eledik elə köhnə aktiv
üzvlərin tərkibi ilə, indi əminliklə deyirəm ki, çox səhv elədiniz bərpa elədiniz,
səhvi də düzəltmək üçün asan yolu bu saxta və qeyri-səmimi qurumun fəalliyyətinə
bir dəfəlik və həmişəlik son qoymaqdır.”
Short URL: http://www.cumhuriyyet.net/?p=4693