KXCP Ali Məclisinin sessiyası keçirilib

02.03.2014 - 01:51

KXCP Ali Məclisinin sessiyası keçirilib

KXCP Ali Məclisinin sessiyası keçirilib    Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali
Məclisinin növbəti sessiyası keçirilib. Sessiya Azərbaycan Respublikasının
dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.  Sessiyanın gündəliyində təşkilati məsələlər, qərarların icra vəziyyəti,
ictimai-siyasi vəziyyət və bələdiyyə
seçkilərinin müzakirəsi daxil edilib. 

Sessiyada Ali
Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti
barədə məlumat verib. O, 9 oktyabr 2013-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərinin yekunları haqqında danışaraq Klassik Xalq Cəbhəsi
Partiyası Mərkəzi Seçki Qərargahının hazırladığı Hesabat barədə məlumat verib.
B. Əbil ötən ilki prezident seçkilərinin yekunları ilə bağlı  KXCP- nin Rəyinin hazırlanıb yerli və
beynəlxalq ictimaiyyətə təqdim olunduğunu bildirib. O, çıxışında cari il üçün 
partiyanın fəaliyyət  istiqamətlərinin hazırlandığını, 2014-cü ildə
AXC-nin yaranmasının 25-ci ildönümü ilə baglı yubiley tədbirlərinin keçirilməsi
üçün Təşkilat Komitəsinin yaradıldığını qeyd edib.KXCP Ali Məclisinin sessiyası keçirilib

Ali Məclisin sessiyasında ictimai
siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış
edib. O, çıxışında ölkədə və dünyada baş verən hadisələrə toxunub. Bildirib ki,
ölkədə bütün sahələrdə vətəndaşların hüquqları tapdanır, qanunsuzluq,
korrupsiya baş alıb gedir.  Hakimiyyəti
sərt tənqid edən KXCP Sədri Sumqayıtda intihara  cəhd  edən və
hakimiyyət nümayəndələri tərəfindən ruhi- əsəb dispanserinə salınan Qarabağ qazisi
Malik Məcidov haqda məlumat verərək, Qarabağ qazisinin hüququnun müdafiəsi üçün
müxtəlif təşkilatlara müraciət edtdiklərini bildirdi. Bu hakimiyyətin yarıtmaz
siyasətinin insanları özlərinə qəsd eləməyə məcbur etdiyini deyən KXCP Sədri
hakimiyyətin qanla gəldiyini və gördüyü bütün işlərin  özləri kimi saxta
olduğunu bildirib. Daha sonra təhsil sahəsinə toxunan Mirmahmud Mirəlioğlu
təhsilin də yarıtmaz bir gündə olduğunu və dünənə qədər Misir Mərdanovu tənqid
etdiklərini ancaq Mikayıl Cəbrayılovun nazir təyin edilməsindən sonra
insanların az qala Misir Mərdanovun atasına rəhmət oxuduğunu  bildirib. M. Mirəlioğlu ABŞ Dövlət Departamentinin son hesabatına toxunub və
bildirib ki, Ukraynada baş verənlər Azərbaycan hökümətinə dərs olmalıdır. KXCP
sədri partiyanın bələdiyyə seçkilərində iştirakının zərurliyini bildirirək
üzvləri bu prosesdə aktiv iştiraka çağırıb.

KXCP Gədəbəy rayon
şöbəsinin sədri Ceyhun Səfərov və şöbədən Ali Məclis üzvü Telman Ələkbərov
çıxışında mövcud hakimiyyətin ailə şirkətinin Gədəbəydə qızıl istehsalı zamanı 2800
nəfər vətəndaşın yaşadığı ərazidə ətraf mühitə vurduğu  ziyanla bağlı narahatlığını bildirib.

Ali Məclisin
sessiyasında Azad Şəfiyev, Loğman Abdullayev, Oqtay Gülalıyev, Yaqub Babalı, Babək
Rəhimov, Elşən Məmmədov, Xəzər Teyyublu və digərləri çıxış edərək öz
fikirlərini bildirblər.

Sessiyada KXCP- nin
bələdiyyə seçkilərində iştirakı barədə qərar qəbul olunub. Qərara alınıb ki,
bələdiyyə seçkiləri ilə bağlı partiyanın Zona Əlaqələndirmə yığıncaqlarının may
ayının sonuna qədər keçirilsin.

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4695

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930