Etibar Əliyevin başı yenə dərddə
Azadlığa çıxması üçün “Texnikabank”ı qurban
verildi, növbə “KredoAqro”ya çatıb
Qalmaqallı
“Texnikabank” ASC, sahibinin ardınca adı da dəyişdi. Bank artıq xeyli vaxtdır
ki, “Texnik bank” adlanır. Qeyd edək ki, “Texnikabank”ın faktiki sahibi
kimi hakimiyyətdəki qüdrətli “Naxçıvan klanı”nın ən parlaq nümayəndələrindən
birinin adı çəkilirdi. Bankın himayəçisinin isə Prezident Adminstrasiyasının rəhbəri
Ramiz Mehdiyev olduğu bildirilirdi. Maliyyə-bank sektoruna mütləq nəzarəti həyata
keçirən “Paşayevlər”in bu ilin əvvəlində “Naxçıvan klanı”nın nəzarətində olan
bu banka sahibləndiyi haqda iddialar var. Elə bu ilin aprelində “Texnikabank”
Müşahidə Şurasının sədri Etibar Əliyevin həbs edilməsi də bununla bağlanırdı.
Qeyd
edək ki, Etibar Əliyevin həbsindən sonra bankın Müşahidə Şurasının və İdarə Heyətinin
bütün üzvləri dəyişdirildi. Bankın rəhbərliyinə ictimai dairələrdə “Paşayevlər”in
kadrı kimi tanınan şəxslər gətirildi. Bu da bankın sahibinin dəyişməsilə bağlı
məlumatları bir növ təsdiqlədi. Son fakt – bankın adının “Texnik bank”a çevrilməsi
isə artıq buna şübhə yeri qoymadı. Diqqəti çəkən məqamdır ki, bankın adının dəyişdirilməsi
“Texnikabank” Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin həbsdən azad
olunması ilə eyni dövrə düşür. Bu Etibar Əliyevin bankdakı bütün paylarını təhvil
vermək şərti ilə azadlığa buraxılması ehtimalını yaradır. Yoxsa nə oldu ki, 8
ay həbsdə saxlandıqdan sonra Etibar Əliyev heç nə olmamış kimi azad edildi?…
Amma Etibar Əliev tamamilə təhlükədən xilas
olmayıb. Sabiq “Texnikabank” rəhbərinə yaxın dairələrdən “Yeni Cumhuriyyət”ə
ilginc məlumatlar daxil olub. Mənbənin bildirdiyinə görə, E.Əliyevin indi də
“KredAqro”ya görə başı ağraya bilər: “Bu biznes qurumu Etibar
Əliyevin nəzarətindədir. “KredoAqro”nun Həsən Əliyev 63 ünvanında yerləşən baş
ofisi Etibar Əliyevin həyat yoldaşı Sevda Əliyevanın, “KredAqro”nun
Abşeron və “Xalqlar dostluğu” filialları isə Etibar Əliyevin oğlu Kəramət
Əliyevin adınadır. Son insidentə kimi “KredAqro”nun bütün bank əməliyyatları
“Texnikabank”da aparılıb və bankın törəmə müəssisəsi olan
“Alfa-Sığorta”da müştərilər çox yüksək faizlə sığortalanırdı. Həmçinin
Etibar Əliyevin yaxın dostu, “Texnikabank”ın Müşahidə Şurasının
keçmiş üzvü Məcid Əsədov yüksək əmək haqqı ilə Eldar Cəfərova birinci müavin gətizdirilmişdi.
Etibar Əliyevlə Eldar Cəfərov müxtəlif yollarla qazandıqları pullarla
“Invest Kredit” İttifaqını yaratmağa müvəffəq olublar. Həmin
ittifaqın təsisçiləri isə Eldar Cəfərovun anası Xatın Cəfərova ilə Etibar Əliyevin
oğlu Kəramət Əliyevdir. Lakin 2011-ci il dekabrın 22-də Kəramət Əliyevin
“Invest Kredit” İttifaqındakı səhmləri Etibar Əliyevin həyat yoldaşı
Sevda Əliyevanın bacısının, Xatın Cəfərovanın səhmləri isə Eldar Cəfərovun
dayısı oğlunun adına keçirilib. Bunun səbəbi isə hələ də bəlli deyil”.
Mənbənin
məlumatına görə E.Əlievlə bağlı istintaq araşdırmalarında bütün bunlara göz
yumulsa da indi yaranan problem başqadır. Belə ki, Türkiyədən başlanan çirkli
pul yumalarla bağlı araşdırmaların Azərbaycana bağlantısında sabiq
“Texnikabank” rəhbərinə də aid məqamlar var. E.Əliyev məhz Türkiyədəki prosesə
bbağlı olmasa da onun çirkli pul yumalarında iştirakı üzə çıxıb. Mənbənin sözlərinə
görə bu dəfə azadlqda qalmanı təmin etmək üçün “KredoAqro” qurban verilə bilər.
Elçin
Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=4697