Rza Zərrabın general Əli Nağıyevlə şok əməkdaşlığı

02.03.2014 - 05:05

“İstanbul polisi Azərbaycan tərəfinə Əli Nağıyev
adlı generalın şübhəli iş münasibətləri haqqında sorğu göndərib

“Əli Nağıyev adlı bir generalın şəxsi inşaat işindən
əldə etdiyi “çirkli pulları” Rza Zərrab Türkiyəyə, oradan da Avropaya daşıyıb”

“İstanbul polisi Azərbaycan tərəfinə Əli Nağıyev
adlı generalın şübhəli iş münasibətləri haqqında sorğu göndərib

“Əli Nağıyev adlı bir generalın şəxsi inşaat işindən
əldə etdiyi “çirkli pulları” Rza Zərrab Türkiyəyə, oradan da Avropaya daşıyıb”

Türkiyənin
onedio.com saytı Türkiyədəki korrupsiya əməliyyatının Azərbaycana bağlı
uzantıları haqda şok məlumatlar yer alan məqalə ( http://onedio.com/haber/riza-zarrabin-azerbaycandaki-bir-general-ile-iliskileri-ortaya-cikti-259692)  dərc edib.
Qalmaqallı məqalədə əslən Güney Azərbaycandan olan Rza
Zərrabın çirkli pullarınn yuyulması prosesi ilə bağlı ifadələrindən bəzi məqamlar
yer alıb. Həmin ifadələrdə Azərbaycanın yüksək vəzifəli dövlət məmurlarından
birinin Milli Təhlükəsizlik Nazirinoin keçmiş müavini, hazırda Korrupsiya ilə
Mübarizə İdarəsinin müavini general Əli Nağıyevin adı çəkilir. “Rıza Zarrab’ın
Azerbaycan’daki Bir Generalle İlişkileri Ortaya Çıktı” başlıqlı məqaləni olduğu
kimi diqqətinizə çatdırırıq:

“17 dekabr əməliyyatında həbs
olunan Rza Zərrab Türkiyə və Azərbaycan hökumətlərini sarsıdacaq şok adların
adını çəkib. Ötən həftə ifadə verən azərbaycanlı işadamı Rıza Zərrab 1.500 kq
qızıl daşıyan və 1-18 yanvar 2013 tarixləri arasında İstanbul Atatürk Hava
limanında saxlanılan təyyarə ilə bağlı Çağlayanla danışdığını, Çağlayanın Mart
2013-cü ildə Zərrabla görüşmək üçün cəhd etdiyini bildirib.Rıza Zərrab Türkiyədə
və Azərbaycanda yüksək vəzifəli şəxslərlə, nazirlərlə münasibətlərinin
olduğunu, qardaş ölkə Azərbaycanda sabiq MTN köməkçisi indi isə Korrupsiya ilə
Mübarizə İdarəsində çalışdığı iddia edilən general Əli Nağıyevlə əməkdaşlıq
etdiyini deyib.

Zərrab başçılığındakı cinayət
təşkilatının iki üsulla pul köçürməsi həyata keçirdiyi, ilk üsulun kuryerlərlə
çamadanla pul köçürməsi edilərək reallaşdırıldığı, 2011-ci ildə kurlerlərlə
Türkiyədən çamadanlarla qeyri-qanuni olaraq Rusiyaya keçirilməyə cəhd edilən
150 milyon dolların ələ keçirilməsinə qədər bu üsuldan istifadə edildiyi
ittihamlar arasındadır.
İkinci üsulun isə Xalq Bankdan edilən
həvalələr olduğu, Rusiyaya çamadanla daşınan 150 milyon dolların ələ keçirilməsilə
bir nazirin təşkilatçılığı ilə Xalq Bank üzərindən İrana yüksək məbləğlərin
rüşvət qarşılığında köçürüldüyü iddia edildi.

Rıza
Zərrabın saxlanılması qardaş Azərbaycanda da bəzi dairələri narahat etməyə
başladı. Belə ki, hal-hazırda Azərbaycanda yüksək vəzifə tutan Əli Nağıyev adlı
bir generalın şəxsi inşaat işindən əldə etdiyi “çirkli pulları” Rıza Zərrabla
Türkiyəyə, oradan da Avropaya daşıdığı aydınlaşıb. İstintaq zamanı Rıza Zərrabın
“əmrləri AZərbaycan alıram” deməsi bu münasibətlərin həqiqiliyinə işarə edildi.
Hal-hazırda İstanbul polisi Azərbaycan tərəfinə Əli Nağıyev adlı generalın şübhəli
iş münasibətləri haqqında
sorğugöndərib“.

 

QEYD: Olayın
ilgincliyi bu məlumatlarla bitmir. Maraqlıdır ki, 27 fevral 2014-cü il tarixində,
saat 20:19-da sayta qoyulan yazı bir neçə gün sonra saytdan silinib. Cumhuriyyət
az olaraq həmin məqalənin google axtarış sisteminin yaddaşında saxlanan linkini
də təqdim edirik:
http://webcache.googleusercontent.com/search?q=cache:NM_M9MBnPG0J:onedio.com/haber/riza-zarrabin-azerbaycandaki-bir-general-ile-iliskileri-ortaya-cikti-259692&hl=ru&gl=az&strip=1

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4699

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031