Kerri: "Rusiyanın hərəkətləri bölgədə sülhə təhdiddir"

02.03.2014 - 12:36

Kerri: “Rusiyanın hərəkətləri bölgədə sülhə təhdiddir”

ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatı bölgədə gərginliyi artıracaq və ABŞ-Rusiya münasibətlərini ciddi şəkildə korlayacaq. Musavat.com xəbər verir ki, məlumatı “Ukrainsakaya pravda” yayıb.
Con Kerri bildirib ki, Rusiya gərginliyin aradan qaldırılması üçün konkret addımlar atmasa, beynəlxalq mövqeyinə mənfi təsir göstərəcək. Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiyanın Ukraynadakı etnik ruslardan narahatlığını anlayır: “Amma bu qarahatlıq Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulması yolu ilə yox, Ukrayna hökuməti ilə birbaşa təmaslarla ifadə edilməlidir”.
Con Kerri məlumat verib ki, tarixi məqamda Ukrayna və onun vətəndaşlarının dəstəklənməsi istiqamətində birgə işləmək üçün qlobal müttəfiqləri ilə telefon konfransı keçirib. Onun sözlərinə görə, Ukrayna xalqı bir şey istəyir – öz gələcəyini dinc, siyasi yolla və sabitlik şəraitində müəyyənləşdirmək. Con Kerri bəyan edib ki, ABŞ ukraynalıları dəstəklərin və onların hüquqlarının bərpasına nail olacaq.
“Rusiyanın hərəkətləri Ukraynada və bütövlükdə bölgədə sülhə, təhlükəsizliyə təhdiddir”, – ABŞ-ın dövlət katibi əlavə edib. (müsavat.com)                          
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4702

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829