Yardımlının "təhsil şefi" həbs təhlükəsi qarşısında
Yeni nazirin işdən çıxartmaq istədiyi Manaf
Balaşov prokurorluğun korrupsiya yoxlaması ilə üz-üzə qalıb
Bir
neçə gün öncə, fevralın 10-da təhsil naziri Mikayıl Cabbarov cənub bölgəsində Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və
Masallı rayonlarında yaşayan vətəndaşlarla görüş kemirmişdi. Həmin görüşdə adı
çəkilən rayon təhsil şöbələri ilə bağlı şikayətlər və ortaya çıxan faktlar
artıq nəticəsini göstərməkdədir. Məsələ ilə bağlı cumhuriyyət.az-ı məlumatlandıran
mənbənin sözlərinə görə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Yardımlı
Rayon Təhsil Şöbəsində yoxlamalara başlanıb.
Raypn
təhsil şöbəsindəki mənbənun sözlərinə görə yoxlamalar həm də qarşılıqlı maliyyə
maxinasiyaları ilə bağlı təhsil və maliyyə şöbələrini əhatə edir və hər iki şöbənin
müdiri təlaş içərisindədir: “təhsil şöbəsinin müdiri Manaf Balaşovla maliyyə
şöbəsinin müdiri Malik Abışov aşkarlanan faktlara görə çox pis vəziyyətdə
qalıblar. Bu faktların rəsmləşdirilməməsi üçün onlardan külli-miqdarda pul tələb
olunur. Onlar isə bu məbləği vermək istəməyərək ortadakı yeyintinin rayon icra
hakimiyyəti başçısının müavini Mahir Mirzəyevin cibinə getdiyini deyirlər.
Faktiki
olaraq hər iki şöbə müdiri dirəniş göstərərək yoxlamanı M.Mirzəyevin özünün
razı salmasını istəyirlər. Bu barədə redaksiyamza göndərilən məlumatda
bildirilir ki, amma M.Mirzəyev əlini cibinə salmaq istəmir: “İcra başçısı
Sevindik Hətəmov demək olar ki, bütün səlahiyyətləri Mahir Mirzəyevə verib.
Buna görə də, onun qabağında kimsə söz deyə bilmir. Vəziyyətdən belə görünür
ki, yoxlamanın pulu yenə müəllimlərdən yığılacaq. Artıq bu barədə onlara xəbərdarlıq
edilib”.
Yardımlı
təhsil şöbəsində aparılan yoxlamalarla bağlı cumhuriyyət.az-a danışan mənbənin
sözlərinə görə aşkarlanan ən ciddi qanunsuzluqlardan biri artıq dərs yükü
taarifləşmə cədvəlində edilən saxtakarlıqdı. Yoxlamalardan tam məlumatlı olan mənbə
deyir: ” Ötən illərdə rayon məktəblərinə
təxminən 70-ə yaxın adamı guya Təhsil Nazirliyində test imtahanı verdikdən
sonra, əslində həmin nazirlikdə kiminsə vasitəsi ilə məktəblərə işə götürüblər.
Onlardan bəziləri isə işə qəbul olunub. Məsələn, Şiləvəngə tam orta və Dəlləkli
kənd ümumi orta məktəblərinə tədris ilinin ikinci yarımilində(tədris ilinin bu
dövründə kimisə işə qəbul etmək ağlasığmazdır) ehtiyac olmadığı halda bir neçə
müəllimi işə götürüblər. Əvvəlcə Təhsil nazirliyinə guya adıçəkilən məktəblərdə
ibtidai sinif müəlliminə ehtiyac olduğu bildirilərək həmin müəllimlərin işə
götürülməsinə icazə alınıb, sonra isə onları ibtidai sinif müəllimi ixtisaslı
ola-ola Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kimi işə qəbul ediblər.
Bundan əlavə, rayon məktəblərində ciddi ehtiyac olmadan müəllimlərin bir sıra
yerdəyişməsi aparılıb. Yəni, bir məktəbdən müəyyən fənn müəllimini çıxararaq
“öz kəndinə getməlisən” prinsipi ilə yerini dəyişiblər. Bunun da nəticəsində məktəblərdə
süni yolla müəllim çatışmamazlığı yaradılıb. Məsələn, hər hansı bir müəllimin
yaşadığı kəndin məktəbində dərs dediyi fənn üzrə müəllimə ehtiyac olmadığı
halda onun yerini dəyişməklə, dərs dediyi əvvəlki məktəbi həmin fənn üzrə müəllimsiz
qoyublar. Daha bir fakt, Alar kənd tam orta məktəbdə üç xarici dil müəllimi
ola-ola, ehtiyac olmadan oraya əlavə olaraq bir nəfər də xarici dil müəllimi
göndərilib. Və təzə təyin olunan müəllimi yerləşdirmək məqsədi ilə, o biri iki
müəllimdən ümumilikdə 7-8 dərs saatı azaldılaraq ona verilib. Özü də ötən ilin
dekabr ayında. Eləcə də Dəryavar kənd ibtidai məktəbində iki komplekt sinfə iki
sinif müəlliminə yer olduğu halda siniflərdən dərs saatlarını azaldıb təhsil
qanunun tələblərini pozaraq üçüncü ibtidai sinif müəllimini işə götürüblər.
Əslində ibtidai siniflərdə xarici dil istisina olmaq şərti ilə qalan bütün dərsləri
sinif müəllimi özü aparmalıdır. Keçələkəran ümumi orta məktəbində cəmi 18 dərs
saatı olduğu halda Astara pedaqoji kollecini bitirmiş iki nəfəri hər biri 9 dərs
saatı olmaqla müəllim təyin ediblər. Şəhər 2 saylı orta məktəbdə də həmçinin.
Hansı ki, 18 dərs saatı bir müəllim üçün nəzərdə tutulub.
Hələ
bu harasıdır, Təhsil şöbəsinin rəhbərinin humanistliyi nəticəsində Vərov kənd məktəbində
peşə təlimi müəllimi işləmiş, ali təhsili olmayan, orta təhsilli bir adamı
hansısa arayışa əsasən Zəngələ kənd ibtidai məktəbinə ibtidai sinif müəllimi –
direktor təyin ediblər. Hansı ki, rayonda onlarla ibtidai sinif müəllimi
işsizdir. Vallah, rayonun təhsil sistemində elə “əməliyyatlar” aparılır ki, necə
deyərlər, “adamın dəymişi qalır, kalı tökülür”. Təsəvvür edin, Dövlət büdcəsindən
rayon təhsilinin maddi-texniki bazasını(dəftərxana, inventar və avadanlıqlar
üçün xərclər) yaxşılaşdırmaqdan ötrü ayrılan vəsait elə mənimsənilir ki, “UF”
deyən də olmur. Məsələn, özəl müəssisələrdən birindən Azərbaycan
Respublikasının Milli Qəhrəmanlarının şəkli olan, adi qaydada hazırlanmış
plakatlar alınıb və bu gün də məktəblərə paylanmaqdadır”.
Mənbəmiz
aparılan yoxlamaların ciddi nəticələr ortaya qoyacağı qənaətindədir. Onun sözlərinə
görə, yeni təhsil nazirinin əvvəldən təhsil şöbəsinin müdiri Manaf Balaşovu vəzifədən
azad etmək qərarı var idi, indi isə məsələ həbs olunmaq həddinə çata bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4710