ABŞ-dan Rusiyaya müharibə bəyənatı

02.03.2014 - 16:40

ABŞ-dan Rusiyaya müharibə bəyənatı

“Ukrayna ərazisinin işğal olunacağı təqdirdə Rusiyanı ağır nəticələr gözləyir”
Politika.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerri çıxış edib. 
O, ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və ona dəstək verdiyini bildirib. “Bu hərəkətlər Ukrayna və bütün regionda sülh və təhlükəsizlik üçün böyük təhlükədir. Mən dünən Ukrayna Prezidenti cənab Turçinovla danışdım və hər zaman onun yanında olduğumuzu bildirdim. Prezident Obamanın dediyi kimi biz rus qoşunlarının öz bazalarına geri dönməsinə, beynəlxalq vasitəçilərin yardımı ilə məsələnin həll edilməsini istəyirik. Biz ən birinci gündən Rusiyanın yerli rusları qorumaq üçün fəaliyyətinə hörmət edirik, amma bu Ukraynanın ərazi bütövlüyü və birbaşa yeni hakimiyyətin vasitəçiliyi ilə olmalıdır. Əgər onlar gərginliyin azaldılması üçün addımlar atmasa bu, Amerika- Rusiya münasibətlərinə və Rusiyanın beynəlxalq statusuna böyük zərbə olacaq”. 
Qeyd edək ki, dünən ABŞ Prezidenti Barak Obama ilə Vladimir Putin arasında danışıqlar olmuşdu. Müzakirələr zamanı zamanı Obama Rusiyanın etnik rusları müdafiə etməyinə hörmətlə yanaşdığını, amma bunun Ukraynanın ərazi bütövlüyünə xələl gətirmədən edilməsini istəmişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4714

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031