"Kontakt" hər il dövlətdən milyon manatdan artıq vergi yayındırır
“Kontakt”
mağazalar şəbəkəsində vergidən yayıma halları ən yüksək səviyyədədir.
Şirkətin hər il dövlət vergisindən yayındırdığı gəlirləri milyon
manatlarla ölçülür.
aldadılır; şirkət öz alıcılarına ikinci, üçüncü dərəcəli keyfiyyət
nişanı olan mallar satır, buna baxmayraq alıcılara orjinal mallar
satdığını bildirir; “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına
gündəlik kredit ödənişləriinin cəmi 15 faizi vurulur, həmçinin
vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq
mühasibatlıqda qeydiyyatdan keçir…
mağazalar şəbəkəsində vergidən yayıma halları ən yüksək səviyyədədir.
Şirkətin hər il dövlət vergisindən yayındırdığı gəlirləri milyon
manatlarla ölçülür.
şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin
gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın
demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə
satılan malların üstünə isə dəyər qiymətindən 2 dəfə artıq qiymət
qoyulur. Yəni faktiki olaraq “Kontakt” mağazalar şəbəkəsi çəkdiyi xərcin
100 faizi, bəzən daha çox gəlir əldə edir.
başqa alıcılarla həyata keçirilən alış veriş barədə kredit müqaviləsi
birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud
qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliynə görə kreditləri
ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda
“Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir
hüquqi status daşımır. Həmçinin “Kontakt” mağazalar şəbəkəsi kredit
müqaviləlri avadanlıqlara görə dəyişilir. Məsələn telefon kredit
müqaviləsi “ABC-Telekom” MMC ilə bağlanılır.
hər ay hər ay kredit borclarını adı çəkilən şəbəkənin mağazalarına
ödəyirlər ki, bu da “Kontakt” mağazalar şəbəkəsinə vergidən yayınmaq
üçün tam şərait yaradır. “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit
ödənişləriinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan
müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan
keçir. Yəni banklardan kənar kredit satışı həyata keçirən şirkət faktiki
olaraq öz satışını dövlətdən gizlətmək üçün heç bir çətinliklə
üzləşmir.
göndərilən müqavilələr baş İdarədə qeydiyyatdan keçirilmir vergidən
yayınmağa və gələcəkdə mağazalar şəbəkəsində vergi auditi aparılarsa
gömrük bəyannamələri ilə hər hansı bir fərqin ortaya çıxmamasına görə,
“Kontakt” mağazalar şəbəkəsi son bir ildə satdığı malalrın 80 faizini
Sədərək Toptan Satış Mərkəzindən alır. Malları topdan satış qiymətinə
aldığı üçün bu şirkətin gəlirlərinə elədə təsir etmir. Artıq kredit
monopoliyasını əlinə aldığı üçün satdığı avadanlıqların üstünə
dəyərindən iki dəfə çox qiymət qoyan mağazalar şəbəkəsi əslində heç nə
itirmir, əvəzində isə vergidən yayınmaq üçün bütün imkanları əldə etmiş
olur.
“Kontakt” mağazalar şəbəkəsində adı marka, lakin marka şirkətləri ilə
birgə müştərək müəssisə yaradan kiçik firmaların istehsal etdiyi mallar
daha çox satılır. Bu malların maya dəyəri Samsunq, Borş, Beko və sair
şirkətlərin istehsal etdiyi avadanlıqlardan 4-5 dəfə ucuz olur.
mağazalar şəbəkəsinin rəhbərliyinin hər bir satışdan əldə etdiyi gəlir
minimum 40-50 faiz olur. Mənbəninin iddasına gölə il ərzində “Kontakt”
mağazalar şəbəkəsin dövriyyəsi 120 milyon manata yaxın olur. Bu isə o
deməkdir ki, Kontakt mağazalar şəbəkəsinin bir illik gəliri isə minmum
45-50 milyon manat arasında dəyişir. Ancaq şirkətin gəlir vergisi ilə
bağlı dövlətə verdiyi bəyannamədə bu vəsaitin 15-20 faizi göstərilir ki,
bu yolla “Kontakt” mağazalar şəbəkəsi dövlətdən milyon manatlarla vergi
yayındırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=4716