İçərişəhərə ayrılan milyonlar hara xərclənir?
Nazirlər kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq İdarəsinə hər il milyonlarla manat vəsait ayrılır
ötən il “İçərişəhər” Dövlət Tarix Memarlıq İdarəsinə dövlət büdsəsindən
3,6 manat vəsait ayrılıb və bu vəsaitin xərclənməsində ciddi maliyyə
yeyintiləri ortaya çıxıb.
Dövlət Tarix Memarlıq İdarəsinin nəzdində Mənzil-Kommunal və təmir
xidməti, Elmi istehsalat bərpa emalatxanası, Elmi mədəni mərkəz,
“İçərişəhər ” tarix muzeyi, Şirvanşahlar Saray Kompleksi, “Qala”
Dövlət Tarix Etnoqrafiya Qoruğu fəaliyyət göstərir.
vəsaitlər idarənin nəzdində fəaliyət göstərən xidmət sahələrinin əli
ilə silinir. Belə ki, keçən il “İçərişəhər” Dövlət Tarix Memarlıq
İdarəsinə ayrılan 3,6 miyon manat vəsait Kiçik Qala ətrafında yolların
təmirinə, Tahir Salahov Ev Müzeyinin təmirinə, Yaşıllaşdırma işlərinə,
Dəftərxana ləvazimatlarının alınmasına, Aşıq Muzeylər üçün
mal-materiallar alınmasına, Qız Qalası ətrafında işıqlandırma sisteminin
quraşdırılmasına, Qala Qoruğunda cari təmir işlərinə, Təsərrüfat
malalrının və zərərvericilərə qarşı pereparatların alınamsına istifadə
olunduğu göstərilir.lakin mənbəninin iddiasına görə ayrılan 3,6 manat
vəsaitin böyük hissəsi hissəsi qurumun nəzdindəki Mənzil-Kommunal və
təmir xidməti idarəsi xərcləyib.
məlumatda göstərilir ki, cari təmir tikinti işlərinə və başqa təsərrüfat
mallarının alınmasına istifadə olunan 3,6 milyon manat xərclənməsində
qaranləq məqamlar var. Təsərrüfat mallarının alınmasında, cari təmir
tikinti işlərində qiymətlər bir neçə dəfə şişirdilərək mənimsənilib.
Bundan başqa il boyu Kiçik Qala həndəvərində, Qız Qalası Qoruğu
ətrafında və Arxelogiya və Etnoqorafiya, Miniatur Kitablar Muzeylərində
bitib tükənməyən cari təmir işlərinin həyata keçirilməsində xərclənən
vəsaitlərin bir hissəsinin Mənzil-Komunal Xidməti rəhbərliyi tərəfindən
mənimsənildiyi iddia olunur.
bildirilir ki, Mənzil-Komunal Xidməti hər il “İşərişəhər” Dövlət Tarix
Memarlıq İdarəsinə ayrılan milyonlarla manat vəsaitlər eyni işlər adı
altında sənədləşdirilərək mənimsəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4717