Azercell kampaniyasında şok fırıldaq
Mobil operatorun müştəridən pul qoparmaq tələsi
Mobil operatorun müştəridən pul qoparmaq tələsi
Azercell-in müştəri
aldatması ilə bağlı cumhuriyyet.az-a məlumat daxil olub. Məlumat verən
şəxs bildirir ki, Azercell-dən ona aşağıdakı məzmunda məktub gəlib:“Hörmətli abunəçi
30.09.2013 tarixinde Salam, Bolgem kampaniyası bitir”
Ardınca isə: “Bölgelerde xüsusi
tarifden yararlan! Hər tərəfə 1 deq=5 qep! Ustelik, sebekedexaili 3-cu
deqiqeden sonra 0 qep. BOLGE yaz, 7575-e gonder. Etraflı www.azercell.com
Şikayətçi bu məzmunda məktub aldıqdan sonra, BOLGE yazıb, 7575-ə mesaj
göndərib. Azercell-in göndərdiyi cavab mesajı isə belə
olub: “BOLGE tarifine qosuldunuz! Baki ve Abseron 1deq=10qep. Bolgeler
1deq=5qep ve 3-cu deq sonra pulsuz. Tarifde bezi kampaniyalar aktiv deyil.
Etrafli: www.azercell.com”
Burada əsas məqam Azercell-in göndərdiyi mesajdakı yalançı reklamdır. Əgər bu
məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil deyilsə, nə üçün göndərilən ilk
mesajda bu barədə məlumat verilmir? Yoxsa operatorların dediyi kimi, Abşeron
ərazisi Azərbaycan Respublikasının bölgəsi deyil?! Bəs nə yaxşı orta məktəb
dərsliklərində bu öz əksini tapmır?!
Məsələ ilə bağlı Azercell-in mətbuat xidmətinə zəng etməyə çalışsaq da 496-70-07-dən
mətbuat xidməti burda deyil cavabı verdilər. Azercell-in operatoru isə
Azərbaycan dili müəllimliyi etməyə çalışdı. Ancaq operatorları Azərbaycan dili
müəllimliyi etməyə çalışan şirkət nədənsə mesajları Azərbaycan dilinin
orfoqrafik və qrammatik qayda-qanununa uyğun yazmağı bacarmır.
Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciə etsək də, yazılı məlumat
istədilər. Əslində bunu nazirlikdəkilər də yaxşı bilir. Ancaq tədbir görmək
lazım gələndə sakitcə yerlərində otururlar.
Məsələ ilə bağlı cumhuriyyet.az-ın şikayətçi müştəri ilə birgə apardığı
araşdırma isə yeni faktlar üzə çıxarıb. Müştərinin “mənə reklam tipli mesaj
göndərməyin, yoxsa sizi məhkəməyə verəcəm” – sözlərinin da cavabı gecikməyib.
Azercell növbəti mesajını göndərib: “Siz Viktorinada istirak ucun secildiniz.
Gundelik 100 AZN, heftelik 500 AZN, ayliq 5000 AZN ve final hediyye VW Tiguan!
Ele indi DAV yazib 7500 gonderin”.
Bu dəfə də də 7500-a göndərləcək mesajın qiyməti öz əksini tapmayıb. Qeyd edək
ki, Azərbacaycan Respublikasının “Reklam haqqında qanunda” “Aldadıcı reklamdan
istifadə”yə görə məsuliyyətə cəlb olunma var. Ancaq bunu kimə deyəsən?..
Azercell bu yollarla müştərilərini soymaqla məşğul olur. 7575-ə göndərilən hər
mesaj üçün 3-qəpik tutulur. Digər nömrələrə göndərilən mesajlardan isə daha çox
pul tutulur. Bu sizə xırda görünə bilər. Ancaq Azərbaycanda 4 milyon müştəridən
oğurlanan qəpiklər heç də az pul deyil. Xatırladaq ki, bundan öncə də gənc
yazar Əhməd Şahidov Azercell-in internet fırıldağının üstünü açsa da Şirkət heç
bir cavab verə bilmədi.
Short URL: http://www.cumhuriyyet.net/?p=4725