Rejimin "ömürlük məhbuslar"la ömürlük davası…
Qobustanda məhbuslar ölüm ayağında
“Ömürlük məhbuslar işəncələrlə özünü qəsdə təhrik edilir, bir məhbusun digər məhbusun öldürülməsinə şərait yaradılır”
Qəzetimizin ötən sayında məlumat vermişdik ki, Qobustanda ömürlük həbs cəzasına məhkum edilmiş
dustaqlar aclıq aksiyasına başlayıblar. Aksiyanın keçirilməsinə səbəb
dustaqlara qarşı tətbiq edilən işgəncə halları, saxlanma şəraitinin yarıtmaz səviyyədə
olması, dustaqların aidiyyatı qurumlar və şəxslərlə məktublaşmalarına qoyulan
qadağalar və digər məsələlərdir.
Verilən məlumatlara
görə aclıq aksiyası keçirən məhbusları Pentensiar Xidmətin əməkdaşları döyərək
“karsa” salıblar. Adı çəkilən qurum məhbusların aclıq aksiyasının
dayandırılması və bu barədə məlumatın
ictimailəşməsinin qarşısını almaq üçün bəzi inzibatı tədbirlər görür.
Ömürlük məhbus anası: Oğlumu həbsxanada öldürmək
istəyirlər
“Yeni
Cumhuriyyət” qəzetində Qobustanda ömürlük cəzaya məhkum edilmiş məhbusların
aclıq aksiyası keçirmələrinə dair yazı dərc olunduqdan sonra Ömürlük Məhbusları
Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova redaksiyasımıza gələrək məlumatı
təsdiqlədi və bizə çox həyacanlı məlumatlar verdi: “Bu gün mən son hədd olaraq
qəzetiniz vasitəsi ilə dövlət başcısına, cəmiyyətə, eyni zamanda
respublikamızda fəaliyyət göstərən xarici səfirlik və nümayəndəliklərə müraciət
etmək istəyirəm. Qobustan həbsxanasında ömürlük həbs cəzasına məhkum
edilmiş məhbuslara qarşı həbsxana rəhbərliyi tərəfindən işəncələrlə özünü
qəsdə təhrik edilməsinin, döyülərək dünyada misli görünməmiş işəncələrə məruz
qalmasının, bir məhbusun digər məhbusun öldürülməsinə şərait yaradılmasının
şahidi olmuşuq. Bu cinayət xarakterli hərəkətlərə görə heç bir həbsxana rəhbəri
məsuliyyətə cəlb olunmadı. Qobustan həbsxanasında 10-dək rəis kobud qanun
pozuntularına yol verdiklərinə, məhbuslara qarşı qəddarlıqlarına görə, hətta məhbusların
ərzaqlarını oğurlayan, onlarla məhbusu işgənçələrlə öldürən (Kazim Abdullayev və
digərləri) sabiq rəislər törətdikləri cinayət xarakterli hərəkətlərinə görə məsuliyyət
daşımadı. Onlardan bəziləri təqaüdə göndərildi, bəzilərinin yeri dəyişildi. Belə
qəddarlıqlara məruz qalanlardan biri də qeyri-qanuni ömürlük cəzaya
məhkum edildiyinə, işgəncələrə məruz qaldığına görə Avropa Məhkəməsi İnsan
Haqları Məhkəməsinə müraciət etdiyinə görə, işgəncələrə məruz qaldıqdan sonra 3
ilə yaxın ağır şəraitli təkadamlı “kars”-da saxlanılan oğlum Şakir Rzaxanovdır.
Avropa Məhkəməsinin qərarını icra
etmirlər
Penitensiar
Xidmətin sabiq rəisi Nazim Ələkbərovun göstərişi ilə işgəncələrə məruz
qalmasının səbəbi Ş.Rzaxanovdan məhkəmədən ərizəsini geri götürməməsi idi.
Onlar “ərizə geri götürməsə anasına oğlunun
meyidi veriləcəyini” bildirmişdi. Ş.Rzaxainov ərizəsini geri almadı.
Avropa Məhkəməsi oğlumun şikayətini qısmən təmin edərək, ona vurulmuş ziyana
görə konpensasiya ödinlməsi barədə 04 iyun 2013-cü il tarixdə qərar qəbul
etdi. Həmin kopensasiyanı bu günə kimi ala bilməyib. Həbsxana rəisi tərəfindən
Şakirin zəruri sənədində imzasını təsdiq etməkdən imtina etdi. Bu barədə bütün əlaqədar
rəhbərliklərə, hətta Ombudsmana müraciətimizin nəticəsi olmadı.
Hazırda
“yuxarıdan verilən göstərişlə”, Avropa Məhkəməsinin qərarından dərhal
sonra oğlum Rzaxanov Şakir Hacımurad oğlunun həbsxanada
məhv edilməsinə həbsxana rəhbərliyi növbəti dəfə Rahib adlı məhbusu
təhrik etmişdir. Ş.Rzaxanov bir müddət əvvəl, rəhbərlik tərəfindən
onun kamerasına köcürülmüş məhbus Çərkəz Quliyev tərəfindən arxadan
vurularkən Şakirin sayıqlığı onu xilas etmişdi. Və həmin vaxt əlbəyaxa dava edən
məhbuslara həbsxana personalı qapıda durub tamaşa edirdi. Nəticədə Çərkəz
Quliyev cəza almaq əvəzinə, Çərkəzlə birlikdə Şakir də cəzalandırılaraq karsa
calndı. Çərkəzə karsda da Şakiri vurmağa rəis tərəfindən şərait yaradıldı. Bu
barədə KİV-ə, əlaqədar rəhbərliklərə çoxsaylı müraciətlərdən sonra qarşısı
alındı.
Huquqlarını qoruyanlar daha qəddar
təzyiqlərə məruz qalırlar
Qobustan
Həbsxanasinda illərlə davam edən, məhbusların insan ləyəqətini alcaldan işgəncələrə
məruz qalmaları, imkanı və imkansız məhbuslara qoyulan fərq son həddə çatıb. Təzyiqlər
əsasən qeyri- qanuni, məhkəməsiz, kütləvi şəkildə 1998-ci ildə mövcüd olmayan
Cinayət Məcəlləsi ilə (128 məhbusdan sağ qalan 76 məhbus) ömürlik həbs cəzası
almış məhbuslardan öz huquqlarını müdafiə edənlər daha qəddarlıqla təzyiqlərə məruz
qalırlar. Sağlam məhbusların zorakalıqla xəstə məhbuslarla bir kameraya yerləşdirilərək, ömürlük məhbuslarla
“kritniki”ləri bir birinə qarşı qoymaqla həbsxanada təhlükəli vəziyyət
yaradılır. Oğlumun həyatına yaradılan “məhvemə” metodu barədə də
Penitensiar Xidmətinə müraciət etsəm də nəticəsi-17 feval 2014-cü il
tarixdə oğlumdan aldığım məlumat oldu. Belə ki, növbəti dəfə Ş.Rzaxanovu
məhv etməyi Rahib adlı məhbusa tapşırılıb.
Oğlumla
bir kamerada saxlanılan Rahib həbsxana rəhbərliyinə hec bir münaqişə olmayaraq
hər iki məhbusun razılıqı ilə başqa korpusa köçürlməsi barədə ərizə ilə müraciət
edib. Müraciətdən sonra rəis müavini Adil Şirməmmədov oğlumla Rahibi otağına
aparıb və Rahibin başqa kameraya köçmək istəməyinin səbəbini soruşub. Hər iki məhbus
heç bir problemin olmadığını, Rahibin sadəcə olaraq başqa yerə keçmək istədiyini
bildirib. Şakiri kameraya qaytardıqdan sonra Adil Şirməmmədov Rahibə “Onsuzda
ömürlüksən, sağlam oğlansan, başqa kameraya kecməkdənsə,vur onu, qal həmin
kamerada” deyib. Bu barədə Rahib həbsaxana rəisi Şahin Osmanova A. Şirməmmədovun
onu belə cinayətə təhrik etdiyi barədə şikayət etdıkdə, rəis də Rahibə eyni məsləhəti
verib. Bu barədə Rahib Şakirə məlumat verib. Onlar hər ikisi bu barədə əlaqədar
rəhbərliklərə, eyni zamanda oğlumun səlahiyyətli nümayəndəsi olduğum üçün mənə
də 5 gün əvvəl yazılı müraciət göndərdiklərini desə də bu günə kimi
çatmayıb. Onlar (Şakirlə Rahib) əlaqədar orqanlara məlumat çatdırmağın yeganə
yolu fevralın 17-dən qanuna müvafiq qaydada dinc aclıq aksiyası vasitəsi ilə
həbsxana rəhbərliyinin məhbusu cinayətə təhrik etmələri barədə məlumalandımağa
məcbur olublar.
Kamera yoldaşına oğlumu öldürməyi
məsləhət görürlər
Ş.Rzaxanov
Milli və Avropa Şurası Məhkəməsinə, mütamadi olaraq əlaqədar rəhbərliklərə ona
verilmiş qeyri qanuni cəza ilə əlaqədar müraciətlərinə görə, ağır işgəncələrə məruz
qalmışdır. Şakir Avropa Məhkəməsindən ərizəni geri qaytarmasa “anasına
ölüsünü verəcəyəm” demişdilər”. Sabiq rəis Kazim Abdullayev
“Yuxardan verilmiş göstərişi” icra edərək Şakiri 3 il ağır şəraitli təkadamlı karsda saxladi. 2013
il 4 iyun tarixdə Avropa Şurasından Şakir barəsində ona vurulmuş ziyana görə
kompensasiya ödənilməsi barədə qərar alındıqdan sonra ona qarşı təzyiqlər təzələndi,
bütün yazışmalarına qadağa goyuldu və bu günə kimi tam informasiya blokadasında
saxlanılır və sonda kamera yoldaşına çəkinmədən oğlumu öldürməyi məsləhət
görürlər. Hazirda oğlum həyatı təhlükə altındadır. Qobustan həbsxanasında öz
huquqlarını müdafiə edən, imkansız məhbuslara qarşi bu qeyri- insani hərəkətlər
bu gün də davam edir. Həbsxada hər bir məhbus hökümlə çixarılmış cəzasını çəkir.
Lakin aidiyyatı rəhbərliklər həbsxana rəislərini təyin edəndə məhbusların
saxlanma şəraitinin qanunla tənzimlənmiş “Cəzaların İcrası Məcəlləsi”nin
mövcudluğu barədə təlimatlandırmırlar.
Mən
Respjblikanın bütün əlaqadar rəhbərliklərinə müraciət edərək, oğlumun təhlükəsizliyini
təmin etməklə yanaşı, Şakiri məhv edilməsinə göstəriş verənlər araşdırılaraq
qanunla cavab verilməsini bir ana olaraq dövlət orqanlarından tələb edirəm.
Sizin
redaksiyanıza gəlməyimin səbəbi, keçirdiyim sarsıntı, Sizin vasitənizlə səsimi
əlaqədar rəhbərliklərə həbsxanadakı özbaşınıqlardan məlumat verməklə yanaşı,
oğlum və digər məhbusların təhlükəsizliyinin təmin olunmasını dövlət səviyyəısində
aparılması təmin edilsin!
P. S. Araşdırmalarımız davam edəcək. Qarşı tərəfi də
dinləməyə hazırıq
Short URL: http://www.cumhuriyyet.net/?p=4726