Krımın müdafiəsinə azərbaycanlı general rəhbərlik edir

02.03.2014 - 22:58

Krımın yerli əhalisi Rusiyanın yarımadanı ələ keçirməsi cəhdini qəzəblə qarşılayır.  Artıq yarımadanın aboragen vətəndaşları, yəni tatarlar rus hərbi birləşmələrinə qarşı özünümüdafiə dəstələri formalaşdırır. Özünümüdafiə dəstələrinə isə milliyətçə azərbaycanlı olan Ukraynanın xüsusi xidmət general-mayoru Kamal Cəlilov rəhbərlik edir. 
Kamal Cəlilov haqda əldə etdiyimiz məlumatda isə qeyd edilir ki, 1990-cı ilə qədər Bakıda yaşayan və valideynləri ayrıldıqdan sonra milliyətcə tatar olan anası ilə Krıma köçən generalın atası azərbaycanlıdır. Kamal Cəlilovun bacısı Dinara Cəlilova isə Krım Muxtar Respublikasının Ali Radasında təhlükəsizlik məsələləri üzrə rəis müavindir. 
Xatırladaq ki, Ukraynada “Maydan” hərəkatının qələbəsindən sonra Rusiya bu ölkəyə təzyiqləri artırıb. Əhalisinin çoxunu rusdilli vətəndaşlar təşkil edən Krım Muxtar Respublikasında Ukraynaya etimadsızlıq tələbləri səslənir. Yarımadada əsas obyektlər rus özünümüdafiə dəstələri adı altında Rusiya hərbi birləşmələrinə məxsus silahlılar tərəfindən nəzarətə alınıb. (“AzNews.az”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4727

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031