İlham Əliyevin 15 il havada qalan sərəncamı
Dövlət başçısının 2005-ci ildə imzaladığı qanun
2020-ci ildə reallaşacaq
8 il əvvəl
2005-ci ildə İlham Əliyev gəlir bəyannaməsi haqda qanun imzalayıb. Qanuna
görə, vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir. Qanun
imzalanandan sonra prezident Nazirlər Kabinetinə bəyannamə forması hazırlamağı
tapşırıb və buna 3 ay vaxt ayırıb. Lakin İlham Əliyevin tapşırığı hələ də yerinə
yetirilməyib. AzadlıqRadiosu bunun səbəbini araşdıranda məlum oldu ki, qərarın
icrası 2020-ci (!) ildə gözlənilir.
Rəsmi izahat belədir ki, bu qanunun icrası hazırlıq
tələb edir. Amma 15 ilə “Qara şəhər”i “Ağ şəhər”ə çevirmək istəyən hökumət bir
qərarın qarşısında niyə belə acizdir? Bəlkə bu, ancaq gözdən pərdə asmaqdır –
Azərbaycan məmurları öz qazancları haqda məlumatı ictimaiyyətlə bölüşmək
fikrində deyillər? Bəlkə məsələylə bağlı siyasi iradə yoxdur? Axı sonuncu
prezident seçkilərində İlham Əliyev ölkə rəhbərliyinə namizəd kimi öz gəlirləri
haqda heç bir məlumat açıqlamadı.
Nazirlər Kabinetinin rəhbəri Akif Əli bu barədə məlumatı
olmadığını deyərək, sualı maliyyə, və ya iqtisadi inkişaf nazirliklərinə yönəltməyi
məsləhət gördü: “Bəlkə bu nazirliklərdə
məlumat ola. Məndə məlumat yoxdur. Lazım olsa, məlumat olarsa, ictimaiyyətə
bildirərik”. Maliyyə
Nazirliyinin mətbuat xidmətindən sualı elektron formada göndərməyi xahiş etdilər.
Yazı hazırlananadək suala cavab verilməmişdi. İqtisadi
İnkişaf Nazirliyindən bu məsələnin onlara aidiyyəti olmadığını bildirdilər.
Vergilər Nazirliyi 2020-ci ilədək gəlir bəyannaməsinin tətbiqi üçün hazırlıqları tamamlamağı planlaşdırır. Bunu vergilər nazirinin müşaviri Ələkbər Məmmədov
fevralın 6-da Bakıda 3-cü Vergi Forumunda bildirib. Xəbəri “İnterfaks-Azərbaycan”
agentliyi yayıb: “Bu, çox mürəkkəb
sistemdir. Hazırda Azərbaycanda 540 min vergiödəyicisi vergi bəyannaməsi təqdim
edir. Ölkə əhalisinin sayı isə 9 milyon 400 min nəfərdən çoxdur”. Keçmiş SSRİ respublikalarının çoxunda gəlir
deklarasiyasından yararlanırlar. Ötən il Rusiya deputatlarının və onların ailə
üzvlərinin gəlirlərinə dair bilgilər açıqlanıb.
Bir çox ölkələrdə
gəlir deklarasiyasından əvvəl maliyyə amnistiyası, gəlirlərin leqallaşdırılması
həyata keçirilir. Bəzi iqtisadçı və parlament üzvlərinin fikrincə, məmur bu
vaxtadək qazandığını itirməyəcəyinə əmin olmalıdır. Vergilər naziri Fazil Məmmədov
fevralın 7-də deyib ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar
layihəsi hazırlanır. ANS-in məlumatına görə, o, Azərbaycanın bu böyük layihəyə
hazır olduğunu və amnistiya olmadan ümumi bəyannamə sisteminə keçməyin
mümkünsüzlüyünü qeyd edib: “Bu, bir neçə
ili əhatə edən layihədir. Burada söhbət ölkədə ümumi gəlir bəyannaməsi sisteminə
keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş
və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. İstər əmlak,
istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə
keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlər həll edilməlidir. Amma
bütün hallarda hansısa bir vaxtda bu qərar qəbul olunacaq. Hazırda bununla
bağlı hazırlıq işləri gedir”.
Əksər müşahidəçilər
vəzifəlilərin gəlirlərini açıqlamasında siyasi iradənin çatışmadığını deyirlər.
Bu prosesin baş tutmasına bircə halda ümid var – ölkə prezidenti bu mexanizmin
işləməsini istəyəcək və ilk olaraq özü nümunə göstərib bəyannaməni təqdim edəcək…
Hökumət istəsə, o formanı bir günə təsdiqləyər. Qanunda həmin formanın prinsiplərindən,
struktur elementlərindən bəhs olunur. Sadəcə, bir neçə saata bu formanı
hazırlamaq olar. Hökumət internetdə yüzlərlə belə forma tapar.
9 oktyabr
prezident seçkisi kampaniyası dövründə Milli Şuranın vahid namizədi Cəmil Həsənli
MSK-ya müraciət etmişdi ki, namizədlərin gəlirləri, əmlakı, ümumilikdə gəlir
deklarasiyası açıqlansın və dərc olunsun.
Ülviyyə
Short URL: http://www.cumhuriyyet.net/?p=4730