"İsmayıllı işi" məhkəməsi təxirə salındı

03.03.2014 - 11:51

“İsmayıllı işi” məhkəməsi təxirə salındı

Bu gün Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi” üzrə məhkəmənin növbəti iclası keçirilməliydi. Musavat.com-un əməkdaşının məlumatına görə, hakim məhkəmənin təxirə salındığını elan edib. 
Hakim Rəşid Hüseynov bunu bəzi vəkillərin prosesə gecikməsi ilə əsaslandırıb. Lakin söhbət o vəkillərdən gedir ki, onlar artıq öz çıxışlarını ediblər və prosesdə iştirakları ciddi önəm daşımır.
Musavat.com-un əməkdaşı dəqiqləşdirib ki, prosesin təxirə salınmasının tamam başqa pərdəarxası səbəbi var. Belə ki, bu gün müttəhimlər son söz deməliydilər. Bu səbəbdən də prosesdə iştirak etmək arzusu ilə Şəkiyə beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin çoxlu sayda nümayəndəsi gedib. 
Hakim Rəşid Hüseynov məhkəmə iclasının saat 15.00-da keçiriləcəyini bildirib.
(musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4743

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031