"Ukraynadan istifadə edib Qarabağda müharibəyə başlayaq!"

03.03.2014 - 13:49

“Ukraynadan istifadə edib Qarabağda müharibəyə başlayaq!”

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ukraynada yaranmış vəziyyətdən istifadə edərək Qarabağda müharibəyə başlamağı təklif edib.
Təşkilatın yaydığı bəyanatda deyilir ki, Qarabağda müharibənin elan edilməsinə fürsət yaranıb.
QAT-dan virtualaz.org saytına verilən məlumatda deyilir ki, Azərbaycan yaranmış vəziyyətdən istifadə etməli, işğal altındakı ərazilərimizin azad olunması üçün dərhal hərbi əməliyyatlara başlamalıdır: “Ukrayna hadisələri Qərblə Rusiya arasında qarşıdurmanı yenidən açıq müstəviyə keçirib. Rusiya Ukraynada istədiyini edə, hakimiyyətə gətirdiyi prezidenti yerində saxlaya bilmədi. Ukraynada Rusiyanın ölüm-dirim məsələsi, superdövlət kimi qalıb-qalmayacağı məsələsi həll olunur. Bu hadisələrin gedişində “Rusiya mifi” dağıdıldı, xüsusilə də 2008-ci il Gürcüstan hadisələrindən sonra yaranmış “rus xofu” aradan qalxdı. Aydın oldu ki, Rusiya görünən və ya göstərilən qədər də “hər şeyə qadir”, “hər şeyi nəzarətdə saxlayan” ölkə deyilmiş.
Dağlıq Qarabağ məsələsinin həllində Rusiya amilindən çəkinməyə ehtiyac yoxdur. Digər tərəfdən, yaranmış vəziyyətdə Rusiya Dağlıq Qarabağ məsələsinə ciddi müdaxilə etmək imkanlarını itirməkdədir. Bu məqamdan hökmən istifadə olunmalıdır. Biz hərbi əməliyyatların dərhal başlanılmasını tələb edirik”. 
(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=4750

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930