Şahbaz Xuduoğlu: "Bizi müflis etmək istəyirlər"

03.03.2014 - 15:17

Şahbaz Xuduoğlu: “Bizi müflis etmək istəyirlər”

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə qarşı Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Turan-a vəkil Müzəffər Baxışov bildirib. 
    
Onun sözlərinə görə, 2013-cü il noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası” MMC-lərə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədlərini və kompüterlərini qanunsuz olaraq aparıb. Bundan sonra “Qanun Nəşriyyatı” və “Qanun jurnalı redaksiyası”  MMC-lər sənədlərin qanunsuz götürülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. . 
   
Beləliklə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsi “Qanun Nəşriyyat Evi” və “Qanun jurnalı redaksiyası” MMC-lərə  qarşı 150 000 manat miqdarında vergi borcu və maliyyə sanksiyası  müəyyən edib.   
   
“Qanun Nəşriyyatı” MMC-nin rəhbəri Şahbaz Xuduoğlu Turan-a bildirib ki, nəşriyyatın 50-yə yaxın əməkdaşı, o cümlədən tərcüməçilər, yazıçılar istintaqa dəvət ediliblər. Ş.Xuduoğlu isə martın 4-də istintaqa ifadə verəcək. 
   
“Bu, sifarişdir, təzyiq xarakteri daşıyır. Kimlərsə vergidən istifadə etməklə “Qanun Nəşriyyatı” MMC-ni müflis etməklə bu sahədə monopoliya yaratmaq istəyir. Biz qanunla nəzərdə tutulan vergi öhdəliklərini yerinə yetirmişik”, – Ş.Xuduoğlu qeyd edib. (müsavat.com)
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4753

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031