Zakir Həsənovla rektor arasında mübahisə düşdü

03.03.2014 - 15:21

Zakir Həsənovla rektor arasında mübahisə düşdü

Martın 1-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Müdafiə Naziri Zakir Həsənovun Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi kursantları və zabit heyəti ilə görüşü keçirilib. 
“AzNews.az”a xəbər verir ki, görüşdə Müdafiə naziri ilə yanaşı, ATU-nun rektoru Əhliman Əmiraslanov və Hərbi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev də iştirak edib. 
Zakir Həsənov çıxışında bir sıra nöqsanlara toxunub və bəzi şəxsləri tənqid edib. Bildirib ki, nazirliyin nəznindəki hospitallarda və hərbi hissələrin tibb məntəqələrində texniki təchizat istənilən səviyyədə deyil. O, çatışmazlığın tezliklə aradan qaldırılacağını qeyd edib. 
Nazir həmçinin hərbi həkim kursantlarını təhsillərinə daha məsuliyyətli yanaşmağa çağırıb. 
Bundan sonra ATU-nun rektoru Əhliman Əmiraslanovla Zakir Həsənovla arasında maraqlı polemika baş verib. Ə.Əmiraslanov çıxışında universitetin Hərbi tibb fakültəsinin kursantlarının intizamsız olduğunu qeyd edib. 
Zakir Həsənov isə bu fikrə etirazını bildirib. Nazir söyləyib ki, statistika rektorun dediklərinin əksini göstərir: “İl ərzində qeyri-ixtisaslı hərbi həkimlərin fəaliyyətində daha çox nöqsanlar baş verib”. 
Z.Həsənov ixtisaslı hərbi həkimlərin isə daha intizamlı olduğunu diqqətə çatdırıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4754

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829