Masallı sakinləri icra nümayəndəsini korrupsiyada suçlayırlar

03.03.2014 - 15:41

Masallı sakinləri icra nümayəndəsini korrupsiyada suçlayırlar

Masallı rayonunun bir qrup sakini rayonun Qarğalıq kənd icra nümayəndəsini özbaşınalıqda ittiham edərək, ölkənin müxtəlif hakimiyyət instansiyalarına müraciət ünvanlayıblar.
     
“Turan”ın verdiyi məlumata görə, müəlliflər rayonun Qarğalıq kənd icra nümayəndəsi Sübhan Zalıyevi qanunazidd əməllərdə ittiham edirlər. S.Zalıyevin pay torpaqlarını satması, məktəb yaşlı qızların ərə verilməsinə mane olmaması xüsusi qeyd olunur, hətta, bu məsələdə icra nümayəndəsinin şəxsi maraqlarının olması iddia edilir. Müəlliflər S.Zalıyevi öz qohum-əqrəbasının adına saxta hərbi biletlər almaqla hərbi xidmətdən yayındırmaqda, imkanlı qohum-əqrəbasına belə ünvanlı sosial yardımlar təşkil etməkdə suçlayırlar. İcra nümayəndəsi habelə kənd təsərrüfatı üçün ayrılan dotasiyaları ayrı-ayrı sakinlərin adına saxta əkin sahələrini qeydiyyata aldıraraq mənimsəməkdə ittiham edilir.
   
Kəndin ümumi istifadəsində olan su hövzələri və torpaq sahələrini öz maddi maraqlaı naminə qanunsuz yollarla satdığını bildirirlər. İcra nümayəndəsinin onun  bu qanunsuz əməllərinə etiraz edən şəhid ailəsindən iki nəfəri həbsə aldırdığı,  övladları azadlıqdan məhrum ediləndə şəhid anasının ürəyinin partladığı iddia edilir. Rayon rəhbərliyinin himayəsi nəticəsində S.Zalıyevin daha böyük rüşvət əməliyyatına əl atdığı, kənd bələdiyyəsilə birləşərək saxta sənədlərlə “Tut bağı” adlı ərazini  70 min dollara satdığı deyilir. Kənd əhalisinin təkidli tələblərindən sonra ölkədə korrupsiyaya qarşı mübarizə qurumları bu haqda cinayət işi qaldırıb. Müəlliflər iddia edirlər ki, rayon İcra Hakimiyyəti bu cinayət işində olan 70 min dollar faktını aradan qaldırmaq istəyir.   
    
Müəlliflər icra hümayəndəsinin  bu addımlarını əhalini hakimiyyətdən narazı salmağa yönələn addımlar kimi dəyərləndirirlər. 
     
Müraciəti Z.Abbasov, M.Abdullayev, X.Ağamaliyev, Ə.Abıyev, A.Nuriyeva, H.Vəliyev, T.Quliyev, Y.Kazımlı, R.Ibadullayev, İ.Muradov, Ş. Mikayılov imzalayıblar.(müsavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4755

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031