Sovetski yenidən ayağa qalxdı

03.03.2014 - 17:00

Sovetski yenidən ayağa qalxdı 

Bakıda “Sovetski” adlanan məhəllənin sakinləri yenidən etiraz aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısına toplaşıblar
Politika.az – ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, onlar evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edirlər.
Aksiya iştirakçıları bildiriblər ki, bizim evlərmizi söküb və 1500 manat pul təklif edirlər: “Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin qiyməti günü-gündən bahalaşır”.
Hazırda 150-yə yaxın aksiya iştirakçısı 173 saylı məktəbin qarşısına toplaşıb. Hadisə yerinə çoxlu sayda post patrul maşınları gəlib.
Xatırladaq ki, “Keçmiş “Sovetski”, indiki Nərimanov prospekti ətrafında, keçmiş “Kubinka” və “Papanin” küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı planlar təsdiqlənib.
“Sovetski” sakinləri fevralın 16-da da anoloji aksiya keçirmişdilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=4757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930