ABŞ-ın Rusiyanı çökdürmək planları hazırdır

04.03.2014 - 10:36

ABŞ-ın Rusiyanı çökdürmək planları hazırdır

Obama Ukraynaya yardım üçün Konqresə müraciət etdi
ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, Birləşmiş Ştatların Rusiya əleyhinə sanksiyaları elan etməsi olduqca böyük ehtimaldır. Bu barədə The Guardian qəzeti yazır. “Əgər onlar indi getdikləri yola davam etsələr, biz də tədbirlər görməkdə davam edəcəyik. İndiki halda biz nəinki sanksiyaların mümkünlüyünü müzakirə edirik, hətta hazır variantlar üzərində işləyirik. Bu gün biz bu variantların tətbiq edilməsinin zəruriliyinə dünənkindən daha artıq inanırıq”- Psaki qeyd edib. 
Bu arada ABŞ prezidenti Barak Obama Konqresmenlerə müraciət edib. Obama bildirib ki, Ukraynaya yardım təklifi növbədənkənar qaydada baxılmalı və qəbul edilməlidir. “İnanıram ki, bu məsələyə heç kim partiya maraqları çərçivəsindən yanaşmayacaq”, – deyə o, qeyd edib. Obama həmçinin bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın təcrid edilməsi, onun iqtisadiyyatının çökdürülməsi üçün bir çox variantlar üzərində işləyir və əgər Rusiya tutduğu yoldan geri dönməzsə bu variantların hamısı tətbiq ediləcək. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4758

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031