Gülər Əhmədova Şəmsiyyə Bəylərqızı arasındakı savaş yeni müstəvidə – Qarşılıqlı ittiham

04.03.2014 - 10:40

Gülər Əhmədova Şəmsiyyə Bəylərqızı arasındakı savaş yeni müstəvidə – Qarşılıqlı ittiham

Elçin Sadıqov: “Yalandan xəbər yayıb ki, guya Şəmsiyyə xanımın kamerasında telefon var…”; Əfsər Talıbov: “Bu məsələdə Gülər xanımın heç bir rolu, iştirakı yoxdur”
Sabiq deputat, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovadan şikayət var. Şikayətin müəllifi dələduzluq ittihamı ilə həbs edilmiş, eyni təcridxanada saxlanılan Şəmsiyyə Bəylərqızıdır. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Ş.Bəylərqızının vəkili Elçin Sadıqov məlumat verdi. Onun sözlərinə görə, son 3 gündə dalbadal müvəkkilinin kamerası “şmon” edilir: “Şəmsiyyə xanıma bildirilir ki, guya onun kamerasında telefon axtarılır. Buna səbəb isə kiminsə bu barədə yalandan təcridxana rəhbərliyinə məlumat verməsidir. Bunu edən isə Gülər Əhmədovadır”. 
Müsahibimiz dedi ki, müvəkkilindən şikayət edənin G.Əhmədova olmasından əmindilər. Buna səbəb isə təcridxana daxilində hər kəsin hər şeydən məlumatlı olmasıdır: “İçəridə bəlli olur ki, kim kimə nə deyib, nə edib. Gülər Əhmədovanın Şəmsiyyə xanımla düşmənçilik aparması isə mətbuatda Gülər Əhmədova barəsində “gecələr gəzintiyə çıxarılır” xəbərinin yazılmasından sonra başlanıb. Gülər xanım o vaxtdan bu xəbərin Şəmsiyyə Bəylərqızı tərəfindən yayılmasından şübhələnir və buna görə bir neçə dəfə onun üstünə düşüb. Halbuki müvəkkilimin bu xəbərlə heç bir əlaqəsi yoxdur”. 
G.Əhmədovanın vəkili Əfsər Talıbov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə bir axtarışdan xəbəri yoxdur. Müsahibimiz dedi ki, əgər belə bir axtarış aparılıbsa belə, bunun G.Əhmədovaya heç bir aidiyyəti yoxdur: “Bu, təcridxana rəhbərliyinin işidir. Türmənin daxili qayda-qanunlarına uyğun aparılır hər şey. Belə bir axtarışdan xəbərimiz yoxdur. Elə bir axtarış aparılıbsa, bunda Gülər Əhmədovanın heç bir rolu, iştirakı yoxdur”. 
Vəkil dedi ki, G.Əhmədovanın sözügedən məhkum qadınla heç bir münaqişəsi yoxdur: “Onların nə münaqişələri ola bilər ki? Heç bir-biri ilə münasibətləri yoxdur. Hərəsi öz kamerasında saxlanır, bir-birilərini görmürlər”. (politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4759

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031