Vəhhabilərin işdən çıxarılmasına başlanıb

04.03.2014 - 11:48

Vəhhabilərin işdən çıxarılmasına başlanıb

Neft şirkətində işləyən bu təriqətin üzvlərinə “ya təriqət, ya şirkət” seçimi təklif olunub
 Vəhhabi təriqətinə qulluq edən insanların kütləvi şəkildə iş yerlərindən azad olunmasına başlanılıb.  Bu barədə “Axar.az”a neft şirkətlərinin birində çalışan özəl mənbədən xəbər daxil olub. Xəbərdə bildirilir ki, proses ilk olaraq xarici neft şirkətlərindən başlayıb. Özəl və dövlət neft şirkətində mühafizə xidməti göstərən “Titan Securety Servis” şirkəti vəhabi təriqətinə mənsub olan mühafizəçilərini işdən azad edib: “Vəhhabilərə bir zərbə də bizim şirkətdən gəldi. “Ya işdən çıxın, ya təriqətdən” dedilər.
Onlar da “təriqətdən çıxmağımız çətin və təhlükəlidir” dedilər və şirkət rəhbərliyi də hamısını işdən çıxartdı”.   
Xəbərdə qeyd olunur ki, artıq 15 nəfər işdən çıxarılıb. Məlumata görə, hakimiyyətə alternativ model təklif edən bu təriqət daşıyıcılarının normal yerdə çalışması maliyələşmələrinə yaranan imkan kimi dəyərləndirildiyindən, bu addımın atılması vacib sayılıb.
ARDNŞ mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Titan” Təhlükəsizlik Xidməti özəl qurumdur və onların daxili iş qaydalarına müdaxilə edə bilməzlər: “Hətta özəl neft şirkətlərinin fəaliyyətinə müdaxilə etmirik. Əgər, özəl neft şirkətlərində çalışan işçilər dini baxışlarına və s. məqalmlarla bağlı işdən çıxarılmalarını qanunsuz hesab edib, ARDNŞ-ə müraciət etsələr, bu halda məsələyə müdaxilə edə bilərik”.
ARDNŞ-dən həmçinin bildirilib ki, şirkətdə vəhhabi problemi yoxdur. (azadliq.info)
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4760

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031