Salyanın icra başçısı şikayətçini təhqir etdi

04.03.2014 - 12:38

Salyanın icra başçısı şikayətçini təhqir etdi

Tahir Kərimov ondan narazılıq edən sahibkara şərəfsiz dedi
 Salyan rayon Icra Hakimiyyətinin başçısı Tahir Kərimovdan şikayətçi olan yerli sahibkar mediaya açıqlamasında iddia edib ki, Tahir Kərimov Salyanı icra başçısı kimi yox, şirkət rəhbəri kimi idarə edir. Şikayətçi deyir ki, 2011-ci ildən Salyana başçılıq edən Tahir Kərimov qısa zaman kəsiyində rayonun bütün gəlirli sahələrində böyük paya sahib çıxıb.    Sahibkar iddia edib ki, təkcə balıqçılıq təsərrüfatlarından yığılan pul külli miqdardadır və bunun çox kiçik hissəsi təyinatı üzrə yönləndirilir(Azpolitika.info).  
Tahir Kərimov isə Publika.az-a açıqlamasında deyib ki, qanunsuz balıq təsərrüfatları ləğv olunacaq: “Bu günlərdə Nazirlər Kabinetindən və Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mənə məktub göndərilib ki, Salyanda mövcud olan qeyri-qanuni balıq təsərrüfatı ləğv olunsun. Çünki torpağın münbit qatını erroziyaya uğradır, iri taxılçılıq təsərrüfatına zərər gətirir. Mən də tapşırıq vermişəm ki, kimin balıqçılıq sənəti yoxdursa və özbaşına balıq təsərrüfatı ilə məşğul olursa, onlar ləğv olunsun. Yəni indi mən Nazirlər Kabinetinin sərəncamını icra etməməliyəm?” 
Icra başçısı özü və oğlu barədə yazılan məlumatlara da münasibət bildirib. O, deyib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcək: “Mənim haqqımda yalan yazanları məhkəməyə verəcəm. Bu barədə rəhbərlikdən icazə də almışam və konkret tapşırıq vermişəm. Mənimlə bağlı son yazıları yazanları da məhkəməyə verəcəm ki, özləri aydınlaşdırsın. O zaman bəlli olacaq ki, kim pul alır, kim pul almır. Artıq “reketçilik” etməyə başlayıblar. Axı dövlətimizin siyasətinə qarşı bu cür addımlar atmaq olmaz. Yazıblar ki, guya sahibkarlardan pul istənilir. O hansı şərəfsizdir ki, pul istənilməsi barədə adını yazsın. Yazırlar ki, Salyan rayonun başçısı Tahir Kərimov Almaniyanın filan deputatı ilə işbirliyi, Rumıniya prezidenti ilə ticarət əlaqəsi qurub və sairə. Məndən gic-gic yazırlar. Oğlumdan da yazırlar. Ancaq mənim oğlum xaricdə dövlətin siyasətini yürüdür, dövlətin işini görür. Nə yazırlarsa, qoyun yazsınlar, məhkəmə qarşısında cavab verərlər”.     
(azadliq.info)
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031