Oqtay Əsədov: "Ay Etibar müəllim, elə bil, tormozun yoxdur ey"

04.03.2014 - 13:18

Oqtay Əsədov: “Ay Etibar müəllim, elə bil, tormozun yoxdur ey”

Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilir. Deputat Qüdrət Həsənquliyev 17 yaşlı gənc Nərmin Hüseynlinin ağır durumundan danışdı və vətəndaşların tibbi sığrtası haqqında işləri sürətləndirməyə çağırdı. 
Musa Quliyev dedi Xocalı soyqırımı ilə bağlı görülən işlərin nəticəsində dünyanın 10-a yaxın ölkəsinin parlamenti və ABŞ-ın 15 ştatı Xocalı soyqırmını tanıyıb. Deputat Xocalı soyqırımı zamanı yaralananların statusu haqqında təklif verdi. Dedi ki, Xocalıda yaralananlar milli münaqişə zəminində yaralanan şəxslər kimi göstərilir: “Bu da həm faciənin miqyasını kiçiltmək anlamına gəlib çıxır. Onlar erməni ordusu, o cümlədən sovet ordusunun 366-sı alayı tərəfindən güllələnib. Xocalı soyqırımı zamanı əlil olmuş şəxslərin milli münaqişə zamanı deyil,  Xocalı soyqırımı zaçmamnı göstərilməlidir. Mən bununla bağlı baş nazirə müraciət etmişəm və xahiş edirəm millət vəkilləri buna dəstək versin”. 
Fərəc Quliyev dedi ki, bu gün Ukraynada baş verən hadisələrin bizə aidiyatı yoxdur desək düzgün çıxmaz. Biz barışdıcı missiya ilə çıxış etməliyik Krımda baş verənlər işğaldır və bütün dünya bunu belə qəbul edib. Ukrayna və Rusiya parlamentarası dostluq qrupunun üzvləri birgə iclas keçirə və Rusuiya və Ukraynaya səfər edə bilər.
Biz seyrçi qalsaq gələcəkdə Ukrayna da Qarabağ məsəəsində seyrçi qala bilər. Artıq Türkiyə də müəyyən addmlar atmağa başlayıb”. O.Əəsdov isə buna ehtiyac olmadığını bildirdi: “Ukrayan Rusiya dost-qardaş ölkələrdir, onlar hər hansı problemi həll edə bilər. 300 mindən çox azərbaycanlə Ukraynada, 2 milyondan çox Azərbaycanlı Rusiyada yaşayır. Biz bütün ölkələrin, o cümlədəmn Ukraynanın ərazi bütövlüyün dəstəkləyirik. Onlar böyük, qohum dövlətlərdir, bu məsələləri özləri həll edəcək. Bir az hövsələniz olsuin”. 
Etibar Hüseynov Maydanda Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxdı. Deputat dedi ki, bayraq Azərbaycanın dövlət atributudur, onu hər yerdə ucaltmaq olmaz. Bəlkə də qanuna dəyişiklik etmək lazımdır ki, Azərbyacan bayrağını hər kəs istədiyi yerdə ucaqlda bilməz. Heç olmasa səfirlik belə məsələlərdə diqqətli olmalıdır”.
O.Əsədov əsəbiləşdi: “Ay Etibar müəllim, elə bayaq mən bu məsələlərdən danışdın. Elə bil tormozunuz yoxdur e. Qardaş sən bayrağı necə ləğv edəcəksən? Səfirlik adam tutandır? Deyəndə bir səviyyəli söz deyin də”.
İqbal Ağazadə “Sovetski”dən danışdı: “1500 ciddi məbləğdir. Asmma burada 15-20 kv.m mənzildə bier neçə ailə yaşayırdı. 35 min manata Bakıda bir otqalı mənzil almaq mümkün deyil. Ona görə hökumət elə siyasət yürütməlidir ki, vətəndaşlar yaşamaq hüququ ilə təmin olunsun. Dövlət bu barədə düşünməlidir. Onların 2-3 otaqlı mənzillə təmin olunması haqda düşünməldir”.  
O.Əsədov dedi ki, 1-2 günə Nazirlər Kabinetinin iclas olacaq: “Mən biləni Sovetskidən heç kimi məcburi köçürmürlər”. 
Asim Mollazadə ABŞ-ın daha bir ştgatı İndiana ştatının Xocalı ilə bağlı qətnamə qəbul etməsindən danışdı.  Deputat Qarabağ müharibəsi veteranlarının statusunu qaldırmağa da çağırdı. 
Vitse-spiker Ziyafət Əsgərov Xocalı soyqırımı ilə bağlı deputatların iştirakı ilə keçirilən tədbirlərdən danışdı: “Bu gün artıq biz bu soyqırımı dünyaya çatdıra bilmişik.”  
Elmira Axundova internetin sürətindən və qiymətindən danışdı, təkliflər verdi.  (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4764

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031