İsmayıllı məhkumları ictimaiyyətə müraciət etdi

04.03.2014 - 13:51

İsmayıllı məhkumları ictimaiyyətə müraciət etdi

Martın 4-də “İsmayıllı işi” üzrə növbəti məhkəmə prosesi başlayıb. Məhkumlar Azərbaycan ictimaiyytənə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:
“Dəyərli qardaşlarımız, bacılarımız, ağsaqqallarımız. Hər birinizə məlumdur ki, 2013-cü il yanvarın 23-24-də İsmayıllı hadisələri nədən qaynaqlanmış, necə baş vermiş və kimlər burada əsas rolu oynamışdır. Əvvəla, dəfələrlə demişik ki, bizlər bu işdə günahkar deyilik və həmin vaxtlarda vəzifə başında olan bəzi şəxslərin bizlərdən qisas almaq istəkləri bu prosesi uzatdı, süni şəkildə şişirdildi və günümüzə belə gəlib çıxdi. 
2013-cü il noyabrın 4-dən başlanan qondarma, saxta ittihamlara əsaslanan məhkəmə artıq sona yaxınlaşmaq üzrədir. Təsəvvür edirsinizmi, ittiham tərəfi heç bir sübut gətirə bilmir. Sadəcə, həyasızlıq edib, üzümüzə durmayan şəxslərin də ifadələrini üzümüzə duran kimi sənədləşdirirlər. Bu prosesdə 86 nəfər şahid dindirildi və 72 nəfər ilkin istintaqa verdiyi ifadələrindən imtina etdilər. Yeri gəlmişkən, bunların içində polislər də var idi. Bu gün istintaq həmin dönəmdə üzümüzə dirənən 5-10 nəfər polisin ifadəsini rəhbər tutaraq, bizləri həbs etmək istəyir.
Hörmətli həmvətənlərimiz, yəqin bizlərə elan olunmuş ittihamdan, oxunan maddələrin neçə il olmasından xəbəriniz var. Ancaq kəskinliklə deyirik ki, bizlər günahsızıq. Bəyəm İsmayıllı əhalisinin ünvanına söyülən söyüşlərin qabağında İsmayıllının mərd oğulları susmalı idilər? Axı oteli yandıranlar, tanımadığımız idmançı görkəmli 7-8 nəfər sonradan kim tərəfindən hara qaçırıldı? Kim onu təşkil etmişdi? Niyə təşkil etmişdi? Niyə insanlara ora yığılmağa imkan verildi?
Dəyərli qardaşlar, həmin hadisəyə, insanların oraya toplaşmasına şərait yaradan İsmayıllı polisi idi və başında rəis Nizami Qocayev dururdu. Polisə həmin gecə əmr olunmuşdu ki, dəyməyin, qoyun dağıtsınlar və hadisə daha da sişib qloballaşsın. Həmin oteli yandıran adamları da İsmayıllı polisi ora gətirib, otelə od vurulandan sonra onları aradan çıxartdılar. Məqsəd o idi ki, polis rəisi Nizami Qocayev İsmayıllıya icra başçısı gəlmək istəyirdi. Hadisədən bir il qabaq rayon polisləri orda-burda açıqca danışıb, təbliğat aparırdılar ki, rəisin vaxtı qurtarır, inşallah yaxın vaxtlarda rayona başçı gələcək. Sadəcə, həmin gecə hadisələr daha çox ictimailəşdiyinə görə bu alınmadı. 
Nizami Qocayev 3 dəfə bizlərə, həbsxanaya xəbər göndərib ki, səbrli olaq    gəlib məhkəmədə çıxış edib, günahsız olduğumuzu bildirəcək. Həmin gecə bizləri əhalini sakitləşdirmək üçün otelin qarşısına zəng edib Nizami Qocayev çağırıb. İndi niyə sözündən qaçır? 
Bizi eşidənlərin hamısına müraciət edirik. Biz günahsızıq, ancaq İsmayıllı hadisələri yerində olan bir hadisə idi. Sadəcə polis rəisi Nizami Qocayev bu hadisədən istədiyi kimi yararlandı. 
Bizlərə dəstək olun. İşdi, əgər bizlərə ittiham olunan maddələr üzrə cəza verilsə, sakit durub, gedib evlərinizdə yatmayın. Bilin ki, biz burada əzab çəkirik. Axı biz ləyaqət, namus, qeyrət məhbusuyuq. Bizlərə cəza veriləcəyi təqdirdə ölkə boyu kütləvi aksiyalara başlayın. Aksiyaların qanunla nəzərdə tutulmuş bütün növləri məqbuldur, təki bizləri tək qoyub unutmayın. Azad olunmağımız üçün mübarizəyə qalxın.
Dərin hörmətlə, İsmayıllı məhkumları 
04.03.2014. Şəki ağır cinayətlər məhkəməsi”.  (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4765

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031