"Sovetski" sakinləri ilə Köçürmə Komissiyasında görüş keçirildi

04.03.2014 - 14:25

“Sovetski” sakinləri ilə Köçürmə Komissiyasında görüş keçirildi

“Sovetski” sakinləri: “Bizi polis gücünə qorxuda bilməzlər”; ədalətli kompensasiya tələb edən sakinlər yeni aksiyanın anonsunu verdilər
Fevralın 4-də “Sovetski” sakinlərindən ibarət Təşkilat Komitəsi yenidən Yasamal Rayon İcra Hakimiyyətinə getdilər.  Təşkilat Komitəsinin üzvləri “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, onlar Maliyyə Nazirliyinin rəsmi açıqlamasına bir daha aydınlıq gətirmələrini tələb ediblər.
Təşkilat Komitəsində təmsil olunan “Sovetski” sakini Sevinc Bayramova bildirdi ki, Maliyyə Nazirliyi açıqlaması ilə heç cürə razılaşa bilmərik: “Dünən icra hakimiyyətində başda baş nazirin müavini Abid Şərifov da olmaqla digər hökumət üzlərinin iştirakı ilə görüş keçirildi. “Sovetski” sakinləri əvvəl yaxşı başlamışdılar. Birlik var idi, sözümüzü deyə bilirdik. Hər kəs çox gözəl bilir ki, “Sovetski” birinci dəfə qalxanda hökumət geri çəkildi. Amma hökumət bu məsələdə hiyləyə əl atdı. Bizdən zaman istədi. Daha sonra, sıralarımızdan fəalları yanlarına çəkib şirnikləndirdilər. Elə adam var ki, ona camaatı sakitləşdirməkdən ötrü evinin kvadratına 2 min manat ödəniləcəyinin  vədi verilib. Həmin şəxslər də, danışıqlara meyillidirlər. Prinsipial deyillər. Bilirsiniz niyə? Çünki onlar başqa yerlərdə evləri var. Kasıbın daxmasını özündə başqa heç kəs fikirləşmir”.
Görüşdən çıxan sakinlər bildirdilər ki,  onları “Nizami” metro stansiyasının yaxınlığında Yasamalının icra  başçısının ərazi üzrə nümayəndəliyini yerləşdiyi binada fəaliyyət göstərən Köçürmə Komissiyasına getmələrini tapşırıblar. 
Dünən sözügedən yerdə də olduq. Evləri ilə bağlı Köçürmə Komissiyasının üzvləri ilə görüşən sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, kompensasiyadan narazı sakinlər evlərindən köçməyəcəklər. Sakinlərdən Qulu Maqsudov bildirdi ki, hökumət kompensasiyanı kəsmək üçün min bir bəhanə axtarır: “Gah deyirlər ki, evlərin çoxu bank girovluğundadır, gah da deyirlər ki, məcburi qaydada köçürülmə olmayacaq. Yəni, demək istəyirlər ki, gəlib yaxınlığınızdakı evi sökəcəyik, siz qalacaqsınız. “Basen”də aparılan söküntüdə də hökumət eyni hiyləni işlətdi. Sökülən evləri bəhanə edib, köçməyən sakinlərin işığını, suyunu kəsib evlərini qəzalı vəziyyətə saldılar”.
“Sovetski” sakinləri  sonda bildirdilər ki, sakinlərin tələb etdiyi kompensasiya ödənməyənə kimi kütləvi aksiyalara davam edəcəklər: “Bizə polis gücünə qorxuda bilməzlər. “Sovetski” camaatında həmişə birlik olub. Dünən aksiya ilə eyni vaxtda Abid Şərifovla görüş keçirildiyindən sakinlər aksiya üçün təyin etdiyimiz 173 saylı orta məktəbin həyətinə yığışa bilmədilər. Polislər də yolu kəsmişdilər, camaatı evinə buraxmırdılar. Bu dəfəki aksiyaya isə xüsusi hazırlaşacayıq”.
 Qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır. Fevralın 3-də Yasamal Rayon İcra Hakimiyyətində Təşkilat Komitəsinin üzvləri ilə görüşdə baş nazir müavini Abid Şərifov bildirdi ki, məcburi qaydada köçürülmə olmayacaq: “Allah eləməmiş, bir qəza baş versə, bu insanların axı necə olacaq? Keçməyə yol belə yoxdur. Biz də yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə bu addımı atırıq. Kim istəyir, köçsün, kim istəmir, sağlıqla yaşasın”. 
A.Şərifov bildirdi ki, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin “kupça”larının olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib: “Həmin ərazidə mülkiyyətçilərin evlərinin alınması üçün müəyyən olunmuş ən yuxarı hədd 1500 manatdır. Bu, bazar qiymətlərinə uyğundur. Sakinlərin 3-4 min təklifləri əsassızdır”.
 
Qeyd edək ki, hazırda ərazinin baş planının hazırlanır. Baş planın hazırlanması isə bir ay çəkəcək. Sakinlərdən kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər. Hər ailə başına iki aylıq 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcək. 
 (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=4767

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031