Putin "postsovet məkanında qanunsuz çevrilişlərə stimul vermək olmaz" dedi

04.03.2014 - 15:27

Putin “postsovet məkanında qanunsuz çevrilişlərə stimul vermək olmaz” dedi 

Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Ukraynada baş verənlərə münasibət bildirib.
Virtualaz.org  “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, canlı yayımda jurnalistlərin suallarını cavablandıran Putin Ukraynada baş verənləri  antikonstitusion çevriliş və hakimiyyətin silahla ələ keçirilməsi adlandırıb. Onun sözlərinə görə, parlament qismən legitimdir. Prezident vəzifəsini icra edən şəxsin isə heç bir legitimliyi yoxdur:
“Ancaq bir prezident var, aydındır ki, onun heç bir hakimiyyəti yoxdur, lakin hüquqi nöqteyi-nəzərdən  Ukraynanın legitim prezidenti Yanukoviçdir.
Mən son vaxtlar xarici həmkarlarımla telefon vasitəsilə çox tez-tez Ukrayna problemini müzakirə etmişəm. Və soruşuram: onlar nədən bunu etdilər? Prezident Yanukoviç saziş imzaladı və öz hakimiyyətini demək olar ki, təhvil verdi. Müxalifətin tələb etdiyi hər şeyə razılaşdı. Güc tətbiq etməməyə razılaşdı. O, bütün polis qüvvələrini paytaxtdan çıxarmaqla bağlı tapşırıq verdi. O, Xarkova gəldi və dərhal onun iqamətgahını ələ keçirdilər. Bu, tamamilə axmaq davranışdır. 
Bu situasiya nədən yarandı? Sadə ukraynalı əziyyət çəkirdi. Korrupsiya elə həddə çatmışdı ki, eləsini biz yuxuda da görməmişdik. Prinsipcə xalq çevriliş istəyir. Lakin qanunsuz çevrilişə stimul vermək olmaz. Postsovet məkanında istisnasız olaraq konstitusion yolla hərəkət etmək lazımdır. Mən hələ də Maydanda hakimiyyətin fasadının təmir edilməsini deyil, kardinal dəyişikliyi tələb edən insanları başa düşürəm”. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4769

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031