"Bu AXCP-yə qarşı terrordur"

04.03.2014 - 16:25

“Bu AXCP-yə qarşı terrordur”

İctimaiyyət xadimləri partiyanın qərargahdan çıxarılmasını bu cür dəyərləndirir

AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı partlayışdan sonra partiya rəhbərliyi və bir çox ekspertlər bunun təşkilatı qərargahsız qoymaq üçün bir məqsədyönlü addım olduğunu bəyan etmişdi. Bu gün səhər tezdən AXCP-nin qərargahı ilə bağlı baş verənlər irəli sürülən ehtimalların reallıq olduğunu bir daha təsdiq etdi. Beləki bu gün səhər saatlarından FHN-nin və Nərimanov rayon polis idarəsinin əməkdaşları binanın qəzalı olmasını irəli sürərək AXCP-ni qərargahı dərhal boşaltmalı olduğunu bəyan ediblər.

Cəmil Həsənli: “Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır”

Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə törədildiyini bəyan etmişdi: “Biz bəyanatımızda qeyd etmişdik ki, AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır. Təəssüf ki, bizim hakimiyyət orqanları bu cür addımlar atır. Halbuki hakimiyyət orqanlarının borcu bu cür olayların qarşısının alınması olmalıdır. AXCP-nin qərargahının yerləşdiyi binanın sahibinə qarşı bu günə qədər edilən təzyiqlər bir nəticə vermədiyi üçün partlayış törədildi ki, partiyanı bu binadan çıxarsınlar”.

Mehman Əliyev: “Qərargahın məqsədli şəkildə partladılması AXCP-yə qarşı bir təzyiq formasıdır”

“Turan” İnformasiya Agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyev də bildir dik i, AXCP-nin qərargahındakı müəmmalı partlayış təşkil olunmuş planın tərkib hissəsidir və hazırda baş verənlər də bunu bir daha təsdiq edir: “Mən bu məlumat yayıldıqdan sonra əraziyə baxış keçirmək üçün AXCP-nin qərargahına yollanmışdım. Qərargahın məqsədli şəkildə partladıldığı ilk baxışdan hiss olunurdu. Bu AXCP-yə qarşı bir təzyiq formasıdır. Hakimiyyət ümumiyyətlə hazırda bütün istiqamətlərdə aqressiv formada vətəndaş cəmiyyətinin üzərinə gedir. Təzyiq siyasəti media institutlarına, iqtisadi qurumlara, QHT-lərə qarşı da yönəldilir. Bu demokratiyaya qarşı ölkədə reallaşdırılan ümumi siyasətin tərkib hissəsidir”.

M.Əliyevin fikrincə, baş verənlər hakimiyyətin dünayda gedən demokratikləşmə proseslərindən ehtiyatlandığını göstərir: “Rusiyada hazırda iqtisadi durum çox pisləşib. MDB dövlətlərində də durum yaxşı deyil. Bu da heç şübhəsiz Azərbaycana da toxunur. Bildyiniz kimi bu il Azərbaycanda büdcə kəsirlə qəbul olunmuşdu. Başqa siyasi problemlər də mövcuddur. Ona görə istər regionda, istərsə də ölkəmizdə baş verən proseslər hakimiyyəti ciddi narahat edir və düşündürür”.

Aslan İsmayılov: “Bu terror siyasətinin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər”

“Hələ partlayış baş verən günü mən bəyan etdim ki, hadisənin törədilməsində günahı olan şəxslər təcili tapılmasa və onlar cəzalandırılmasa, deməli baş verənlərin günahkarı hakimiyyətdir”. Bu sözləri qəzetimizə açıqlamasında vəkil Aslan İsmayılov bildirib. Onun da fikrincə, törədilən hadisənin arxasında məhz hakimiyyət dayanır və burada məqsəd müxalifət partiyasını bir daha qərargahsız qoymaqdır: “Partlayış baş verdikdən dərhal sonra  AXCP-ni binadan çıxarmaq bir daha göstərir ki, bu hakimiyyətin öz işidir və bu olduqca təhlükəli siyasətdir. Artıq hakimiyyət insanlarla terror dili ilə danışır. Bu siyasətin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər”. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4772

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031