Ekspert Bakıda 8 bala qədər zəlzələ ola biləcəyini dedi

04.03.2014 - 17:38

Ekspert Bakıda 8 bala qədər zəlzələ ola biləcəyini dedi

Seysmoloq Azərbaycan üçün güclü zəlzələ ehtimalından danışdı
Son zamanlar ölkədə seysmik aktivliyin pik həddə çatması barədə məlumatlar yayılıb. Mətbuatda yayılan məlumatlara görə, Azərbaycanın aparıcı seysmoloqları həyəcan içindədir. Son günlər ölkənin bəzi yerlərində seysmik aktivliyin müşahidə olunması onları çıxılmaz vəziyyətə salıb. Hətta məlumatlarda bildirilir ki, Seysmoloji Mərkəzdə bu məsələ ilə bağlı qapalı toplantı olub və vəziyyətdən çıxış yolları araşdırılıb. Lakin yayılan bu tipli məlumatların hamısı yalan və əsassızdır.
Virtualaz.org-un xəbərinə görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əslində belə xəbərlər ölkə üçün təxribatdır: “Belə xəbərlər insanları panikaya sala bilər. Bəlkə də, bu açıqlama kiməsə adi görünə bilər, lakin bu fikirlər dəhşətli faciələrə səbəb ola bilər. Elə bir şey müzakirə olunmayıb. Seysmoloji Mərkəzdə bu məsələ ilə bağlı qapalı toplantı keçirilməyib. Biz zəlzələlərlə bağlı proqnoz vermirik. Əksinə, proqnoz verənləri tənqid edirik. Mən belə yazıları təxribat kimi qiymətləndirirəm”.
Ekspertin sözlərinə görə, gündə minlərlə bu tipli yeraltı təkanlar olur: “Bu zəlzələlərin gücü çox olanda, onu mətbuata bildiririk. Belə zəlzələlər anomal təhlükələr yaratmır. Gələcəkdə güclü zəlzələ olsa belə, biz əvvəlcədən bu barədə proqnoz verə bilmərik. Hələ ki, elmdə qabaqcadan zəlzələ proqnozu vermək mümkün deyil”.
Son iki gündə Qəbələdə baş verən yeraltı təkanlara gəlincə, T.Məmmədli bunun gözlənilən olduğunu bildirib. Alimin sözlərinə görə, belə yeraltı təkanlar ara-sıra olur. Yalnız bəziləri gücünə görə hiss olunur. Çoxu isə hiss olunmur: “Fevralın 26-dan bu günə kimi Qəbələdə, Vəndama yaxın ərazidə zəlzələlər seriyası başlayıb. Həmin vaxtdan indiyə kimi Qəbələdə 6-7 belə təkan baş verib, onlardan 3-ü hiss olunub.Yeraltı təkanların baş vermə səbəbləri dərinlik qırılmaları ilə əlaqədardır. Belə ki, uzununa Daşgil – Mədrəsə və ortoqonal Çaxırlı – Qəbələ qırılmalarının təsir zonasında zəlzələ ocaqları yerləşir. Onların da hərəkəti nəticəsində bu zəlzələlərin baş verməsi müşahidə olunur”.
Paytaxt Bakıda isə güclü titrəyiş yalnız Xəzər dənizindən gözlənilir. Ekspert Xəzər hövzəsindəki zəlzələ ocaqlarındakı aktivlik nəticəsində Bakıda 8 bala qədər zəlzələ ola biləcəyini istisna etmir.
“Bakı üçün zəlzələ qorxusu ən çox Xəzərdən gəlir. Bundan başqa Hacıqabulda, Şamaxıda, Siyəzəndə və s. ərazilərdə baş verən yeraltı təkanlar da payatxtda hiss oluna bilər. Lakin ən güclü təkanlar Xəzərdən hiss olunur. Bakı üçün ən güclü zəlzələ 8 bal gücündə qiymətləndirilir”, -deyə Tahir Məmmədli bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4774

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031