Ağcabədidə müəllimlərin əməkhaqqı üsyanı

06.01.2016 - 00:20

aqcabedi2Cumhuriyyət. az-ın elektron poçtuna Ağcabədi rayonundan şok edici xəbər daxil olub. Rayon təhsil sistemində çalışan şikayətçi dözülməz durumdan bəhs edir: “Bu vaxta qədər demək olar ki, bütün alçaldılmalara, təhqirlərə dözmüşük. Daha dözə bilmirik. Axı biz insanıq, rayonda bizlərə ziyalı deyilir. Camaat övladlarının təlim-tərbiyəsini bizlərə həvalə edib. İcra başçısı Şahin Məmmədov və birinci müavini Qarabağ müharibəsindən yayınan fərari Rövşən Əhmədov biz müəllimləri neçə illərdir ki, təhqir edirlər, rayon ərazisindəki ən murdar zibillikləri müəllimlərə təmizlətdirirlər”
Adının çəkilməsinin istəməyən təhsil işçisi bildirir ki Ağcabədi rayonunda altmış dörd (64) tam orta məktəb var və noyabr ayında bu məktəblərdən iyirmisinin müəllimlərinin əmək haqqlarının yarım aylıq miqdarında hissəsi tutulub, yəni onlar bu pulu almayıblar. Daha sonra cumhuriyyet.az-a göndərilən məktubda bildirilir: “Dekabr ayında isə rayonda yerləşən altmış dörd (64) məktəbin hamısında müəllimlərin əmək haqqları tam şəkildə mənimsənilib. Ağcabədi müəllimləri dekabr ayında tam şəkildə əmək haqqı almayıblar. Bizlər əl altdan maliyyə nazirliyi ilə əlaqə saxlamışıq. Maliyyə nazirliyindən bizlərə bildirdilər ki, Ağcabədi təhsili üçün həm noyabr, həm də dekabr ayı üçün pul kütləsi tam şəkildə ayrılıb. Ancaq Kapital bankın Ağcabədi şöbəsində müəllimlərin əmək haqqları onların əmək haqqı kartlarına yüklənməyib. Rayonda hamı deyir ki, pul icra başçısı Şahin Məmmədov tərəfindən mənimsənilib. İcra başçısının Kapital bank filialının müdiri ilə aralarında möhkəm problem var. Hazırda Ağcabədi müəllimləri kütləvi şəkildə etiraza hazırlaşır və respublikanın baş prokuroruna, korrupsiyaya qarşı mübarizə baş idarəsinə müraciət hazırlayırıq. Bütün kütləvi informasiya vasitələrindən xahiş edirik ki, bu məsələni ciddi şəkildə işıqlandırsınlar. Ağcabədidə icra başçısı və müavini açıq rekerdliklə məşğul olurlar. Biz yeni il bayramını qeyd edə bilmədik. Artıq fikirləşirik ki, daha qorxa-qorxa yaşamağa son qoyaq. Hamılıqla ayağa qalxıb bu məsələni çözməyə girişməliyik”.

Redaksiyadan: yazıda adları çəkilən şəxslər və dövlət orqanlarının da fikirlərini dərc etməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az

Short URL: http://www.cumhuriyyet.net/?p=47746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31