Türkiyə olayları Azərbaycan hakimiyyətini parçalayıb

04.03.2014 - 17:52

Türkiyə olayları Azərbaycan hakimiyyətini parçalayıb

Hökumətdə hansı qrup “nurçu”lara savaş açıb?
Türkiyədə “Gülən camaatı” ilə Ərdoğan hakimiyyət arasında baş qaldıran ziddiyyətlər Azərbaycana da sıçrayıb. Son günlər Azərbaycanda “nurçu”larla bağlı məsələnin gündəmə gəlməsi bunun təzahürüdür. Məlumat üçün deyək ki, Fətullah Gülənin səs yazılarında “nurçu”ların Azərbaycanda böyük dayaqlarının olduğu üzə çıxıb. Doğrudur, Azərbaycan rəsmiləri bunu qətiyyətlə təkzib edib.
Gülənin səs yazılarında adları hallanan müdafiə naziri Zakir Həsənov və xarici işlər naziri Elmar Məmmədyarov “nurçu”lara yaxın olmaları barədə iddiaları rədd ediblər. Amma Fətullah Gülən fərqli mövqe sərgiləyib. Dolayısı ilə Azərbaycan hakimiyyətində dayaqlarının olduğunu təsdiqləyib. Bundan başqa, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “nurçu”ların Azərbaycanda böyük gücə sahib olduqlarını deyib. Keçmiş sədr əlavə edib ki, “nurçu”lar dövlət aparatında da təmsil olunurlar. Onun sözlərinə görə, “nurçu”ların dövlət aparatında təmsilçiliyi Prezident Administrasiyasından tutmuş hüquq mühafizə orqanlarına qədər uzanır. Rafiq Əliyevin açıqlamalarından sonra isə Milli Məclisdə 20 deputatın “nurçu”larla əlaqəli olması barədə məlumatlar yayıldı. Beləliklə, hazırda Azərbaycanın gündəmində “nurçu”lar əsas yer tutur. Bu da yuxarıda qeyd etdiyimiz kimi təsadüfi deyil. Müşahidələr göstərir ki, Ərdoğan hakimiyyətilə “camaat” arasındakı ziddiyyətlər Azərbaycan hakimiyyətini iki yerə bölüb. Hökumətin nəzarətində olan media quruluşlarının da bir hissəsi “nurçu”ların vurulmasında daha fəallıq göstərir. Bu media quruluşları əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərova və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə seçilir. “Azadlıq”a daxil olan məlumatlarda iddia olunur ki, Mehdiyev və Heydərov qruplaşmasının bu məsələni xüsusi qabartmasının arxasında ciddi səbəb var. Bu, “nurçu”lularla əlaqədə ittiham olunan məmur və deputatların əsasən rəqib Paşayevlərə yaxın şəxslər olması ilə bağlıdır. “Qənirə Paşayeva, Ceyhun Osmanlı və Elmar Məmmədyarovun Paşayevlərə yaxın olması bəllidir. Ilk olaraq bu şəxslərin adı gündəmə gəlib. Və Kəmaləddin Heydərovla Ramiz Mehdiyevə yaxın media orqanları bu məsələni geninə-boluna işıqlandırıb. Prosesin bundan sonra da davam edəcəyi və dərinləşəcəyi gözlənilir”,- deyə hökumətə yaxın mənbə bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=4775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031