Nurçuların Azərbaycan projesi

04.03.2014 - 18:33

Balalarımızın beyninə təhsildə yeridilən
psixoloji əsarət


 

Zamanımızda,
Vətənimizin sürətlə özgələşdirildiyi bir vaxtda nəzarətsiz Azərbaycanda
eninə-boyuna yayılan təriqətlərdən biri də Nurçuluqdur (“Nur tələbəsi”).
Türkiyədə
başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb Mərkəzi Asiya
ölkələrinə də geniş yayılmaqdadır.

Nurçuluğun prinsipləri sünniliyə yaxın olduğundan
Azərbaycanda yayımında təriqət faktoru əsas götürülərək çoxluqla sünni bölgələrinin
seçilməsi da əvvəlcədən hesablanmış plandır. Hadisələrin bu qədər uyğun,üst-üst
düşməsi xeyli ip ucları ələ verir. Nurçuluğun Azərbaycan yayımcılığı haqda bir
qədər sonra…

Qısa bir arayış:
Siyasi hədəflər… Məqsədlər

Təriqət mənsubları – Nur Camaatı, əshabələr isə – Nur
tələbələri adlanır. Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah Gülən
tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri
hədəflərinə çatana kimi “ılımlı və xoşgöru İslam” (mülayim və liberal İslam)
görüntüsünü davam etdirməkdərirlər.

ABŞ-n dəstəklədiyi Türkiyənin Xomeynisi Fətullah Gülən
sisteminin məqsədi Turkiyə dövlət idarəçiliyini devirib, Osmanlı Xəlifətliyi
coğrafiyası tipində dini (teokratik) dövlətə – Türk İslam Dövlətinə çevirmək, anayasanı
(konstitusiya) dəyişmək əsasında şəriət dövləti qurmaq durur. İran İslam
İnqilabı kimi Türkiyəyə biçilmiş işlər gedir. İran İslam İnqilabında xalq
Xomeyninin istiqamətləndirməsində İslam İnqilabına inanmışdı. Sonra nə oldu,
olan Xalqa oldu. Xalq haqq və hüquqlarından məhrum oldu. Nə qədər dövri
mücadilələr edilsə də hədər oldu, nəticəsi olmadı. Turkiyəni “beşinci kolon”
deyilən içdən parçalamaq yönündə Qərb – ABŞ birliyi Nurçuların rəhbərlərinə
iqtisadi-maliyyə yardımını əsirgəmir. Perspektivdə “Kürdüstan” məsələsi
qərarlaşıb. Qərb siyasi dairələri yaxşı bilir ki, Türk ruhunu öldürmək üçün
dini əsarət Türkiyəni Qərbdən asılı salmağın, məqsədləri reallaşdırmağın ən
yaxşı yoludur. Və beləliklə yol başladılar… Türkiyədə bu işin gerçəkləşməsinə
rəvac verən, özünü Yaxın Şərqdə “Ərəb atası” kimi sərgiləyən Türkiyənin
Qorbaçovu (ifadə Soylu Atalı’nındır) Ərdoğandır. Ərbakandan Ərdoğana Türkiyədə
ciddi Ruhani Dirçəliş, Türk Ruhunun oyanması getməyib, tam tormozlanıb.

Nurçuluq Türkiyədə ordudan sonrakı ən güclü təşkilatlanmış
şəbəkədir. Hakimiyyət sıralarına yol tapmaq, hakimiyyətdə təmsil olunan
məmurlarla əlaqələr qurmaq, yeni tərəfdaşlar tapmaq, dövlət obyektlərində
qərarlaşma Camaata tapşırıqlardandır. F. Gülən hərbi, hüquqi, təhsil və mülki
təşkilatların ələ keçirilməsini vacib bilir. Ərdoğanın məqsədi də Türkiyənin
əsrlərlə formalaşan Ordusuna əl qoymaqdır. Yüksək rütbəli hərbiçilərin həbsi,
“Ərgənəkon” iddianaməsi, “Demokratik açılım” ( “Kürd açılımı”) sistemli işin
davamıdır. Türkiyə ictimaiyyəti iqtisadi sıçrayış inkişafı ilə tovlanıb.
Türkiyə ictimaiyyətinin yuxuya verilməsi, gözlərinin bağlanmasını da iqtisadi
rifah çaşdırıb. Nurçuların kommersiya şirkətlərinin bu qədər uğurlu olması
kommunist düşüncəsinə dayanır; özündən al, özünə ver.

Sosial Fəaliyyətləri
– Təşkilatlanma

Dühalara da əl atmaq, hami çıxmaq maraqları yenə də
məqsədlərini kamuflyaj edir. Məsələn; Mövlana Cəlaləddin Ruminin xatisinə həsr
olunmuş beynəlxalq simpozium, Atatürk haqqında yazılar, lobbiçilikdə iştirak,
ümumtürk ağrı və acılarını dilə gətirmək, TV-Media sahəsində baza yaratmaq,
əməkdaşlıq etmək, tərəfdaşlıq qurmaq, dünyanın bir çox ölkələrində türk
məktəblərinin qurulması, təhsil üzrə respublika və beynəlxalq olimpiadalarda
iştirak, Türk Dili Olimpiadaları (Beynəlxalq Türkcə Olimpiadalar) təşkili,
ictimai-siyasi hadisələrdə, hərakatlarda yaxından iştirak, konsert proqramları
təşkil etmək və s…

Fəthullah Gülənin istiqamətləndirməsi ilə indiyədək 90-dan
çox ölkədə təxminən 500 lisey, özəl məktəblər (ibtidai təhsil məktəbləri),
400-dən çox təhsil və dil kursları, universitetlər, tələbə yataqxanaları (nurçu
yurdları), vəqflər (idarə), biznes şirkətləri açılmışdır. Bu təşkilatlar
vasitəçiliyi ilə 100.000-dən çox şagirdə təhsil verildiyi təxmin edilməkdədir.

Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrin bir
hissəsini Nur Camaatı təşkil edir və Şəbəkə tərəfindən maliyyələşdirilir.

Nur Camaatının
yayınları

“Zaman” Türkiyənin ən çox satılan qəzetlərindəndir. Gündəlik
tirajı 1 milyona (!!!) yaxındır. Həm də Türkiyənin ilk İnternet qəzetidir.
Ayrıca olaraq ABŞ, Avropa, Azərbaycan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və
Rumıniyada yerli buraxılışda nəşr olunur. Nur Camaatı şəbəkəsi 10-dan artıq
müxtəlif jurnal nəşr edir və İnternet resursları kifayət qədərdir. Məşhur
“Aksiyon” junalı da nəşrlərinə aiddir.

Sistemin iş prinsipi gizliliyə meyilli fəaliyyət (ən önəmli
tapşırıq), tərəfdarlarının son dərəcə quruma bağlılığı, təsirli və qərarlı
mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkənin olmasıdır. Daxildə və Xaricdə
Dövlətin və Millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur. Türk
təşəbbüskarlar tərəfindən Türkiyə xaricində məktəb açılmasında Fəthullah
Gülənin təşviqləri təsirli olmuşdur.

İndi fətullahçıların görəvi camaatı – Xalqı kapsamaq və
kontrolda saxlamaqdır. Maliyyə bazaları imkan verir.

“Azərbaycan planı” –
Strateji məqsədlər

Əsasən iç bölgədaxili və region ətrafı ölkələrin
tələbələrinin, jurnalistika və TV jurnalistika sahəsində çalışan şəxslərin
seminar müzakirələrini təşkil etmək, təcrübə mübadiləsi, staj proqramları –
ixtisas təkmilləşdirmə kursları, sertifikatla təmin olunma, layihə çərçivəsində
Türkiyənin nüfuzlu TV-Media qurumlarına işlə təmin olunma, ali məktəblərdə
təhsil almaq, ezamiyyət səfərləni gerçəkləşdirmə imkanının yaradılması kimi ən
müxtəlif maarifləndirici funksiya yerinə yetirirmiş kimi görüntülənib . Üzdə
hər şey yaxşı görsənir, əsasda isə köklü dəyişikliklər gedir. Və bu
“maarifləndirmə” işində iştiraka ünlü şəxsləri dəvət etməklə, öz tərəflərinə
çəkməklə özlərinə pərəstişkar, tərəfdaş toplayırlar. Bu isə işin təbliğat
maşınıdır.

Tanış isimlərdən – “ANS”-dən tanınan, 2005 -ci ildə təsis
edilən “Asiya Dialoqu” İctimai Birliyinin həmtəsisçisi və başqanı (eyni zamanda
Qafqaz Media Mərkəzinin də başqanı) Sevil Nuriyeva, bu birliyin 2007-ci ildən
yaradılan layihəsi – Qafqaz Media Mərkəzinin koordinatoru və “Asiya Dialoqu”
İctimai Birliyinin icraçı direktoru, jurnalist Könül Şamilqızı və s. Birliyin
adı – “Asiya Dialoqu” özlüyündə işartılar yaradır. Açımı – təriqətin Asiyaya
yayıcılığına işarədir.

Təhsil təbliğatı –
“Çağ” Öyrətim İşlətmələri”

Nurçuluq Azərbaycan təbliğatına hiss edilməyəcək tərzdə
təhsil sistemindən başladılıb, çox ağıllı bir düşüncədir toxum əkmək.
Azərbaycanda Nurçuluğun özəyini “Çağ” Öyrətim İşlətmələri” Məhdud Məsuliyyətli
Müəssisə nəzdində fəaliyyət göstərən şirkətlər qrupu təşkil edir. Türkiyədən
gəlmiş iş adamlarının “müştərək təhsil müəssisələri açmaq” təklifləri xeyli
şübhələr yaradır.

Türkiyənin dünyada açılan ilk Türk Liseyi – “Naxçıvan Özəl
Türk Liseyi”! Azərbaycana yönəlik gözlərin 1991-ci il 18 oktyabrında burada
Sovet idarə üsulunun ləğvindən, Müstəqilliyin yenidən bərpa aktı – “AR Dövlət
Müstəqilliyi haqqında Konstitusiya aktı”ndan 14 gün sonra, 1 noyabrda ilk dəfə
Naxçıvanda fəaliyyətə başladılar. Azərbaycana gətirilən bir çox pozuculuğun adı
Heydər Əliyevlə bağlı olduğu kimi, bunun da razılıq gəlişi Əliyevlə bağlıdır.

Fəaliyyətlərini cilalamaq üçün hakim rejimin maraqlarına
uyğun davranışı yaddan çıxatmayıb üsulluca müdafiə edirlər. Bu sırınmalara bir
neçə misal; “Şirkətin fəaliyyətə başlaması görkəmli siyasi və ictimai xadim,
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır… Muxtar Respublika
Parlamentinə sədrlik edərkən Türkiyə maarifçilərinin müştərək təhsil
müəssisələri açmaq barədə təkliflərini qəbul etmiş…” , “Prezident İlham
Əliyevin diqqət və qayğısını daima hiss edən Universitet kollektivi…” ,
“Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş Heydər Əliyevin şəxsi
göstərişi ilə…” , “Universitet Elmi Şurasının qərarı ilə ümummilli lider
Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd və digər təqaüdlər…” və b. İlk
yerləşməyə Naxçıxan (“Naxçıvan Özəl Türk Kolleci” adıyla. 1 dekabr, 1991), Bakı
və Sumqayıt şəhərlərində başlamışlar.

Azərbaycan-Türkiyə Özəl Ümumtəhsil Müəssisələri (“Çağ”
Öyrətim Şirkətinin layihələrindən):

“Araz” Hazırlıq” Kursları – Zaqatala, Qax, Şəki, Gəncə,
Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran, Sumqayıt, Bakı (Bakıda əsas korpus,
Nəsimi rayonunda), Xətai, Sabunçu (Bakıxanov qəsəbəsində).

Bakının Nizami rayonunda da fəaliyyət göstərirlər, Bərdə
rayonunda isə kursun aşılış işləri gedir.

Azərbaycan – Türkiyə Özəl Türk Liseyləri – Şəki, Mingəçevir,
Gəncə, Ağdaş, Quba, Şirvan, Lənkəran, Sumqayıt, Bakı.

“Zaman” Öyrətim Şirkəti nəzdində Naxçıvan Türk Liseyləri –
Naxçıvan Türk Liseyi, Ordubad Qız Liseyi, Ak. Əhməd Mahmudov adına Şərur Türk
Liseyi. Naxçıvandakı təhsil müəssisələrinin adı qeyri-dövri və virtual nəşr
prospektlərində əksər hallarda göstərilmir.

Bakı Özəl Türk Liseyinin regional filialları – Mingəçevir
filialı, Ağdaş filialı, Quba filialı, Şirvan filialı, Lənkəran filialı, Bakı
Özəl Türk Liseyi “Dədə Qorqud” filial (Bakı şəhərində).

Öz məlumatlarına görə hər il liseylərinə orta hyesabla 8-10
min şagird müraciət edir.

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası – I-XI sinif
şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil standartları
əsasında aparılır.

“Qafqaz” İlköğretim Okulu (ibtidai təhsil məktəbi) – I-VIII
sinif şagirdlərini əhatə edir. Məktəbə Türkiyə Cümhuriyyəti vətəndaşlarının
uşaqları qəbul edilir və təlim-tərbiyə işi Türkiyə Cümhuriyyətinin təhsil
standartları əsasında aparılır.

Şagirdlərə yay tətilində müxtəlif müddətli istirahət
düşərgəsi, İngiltərədə və ABŞ-da dil kursları təşkil edilməsi bu qədər
maliyyələrinin olmasına şaşqınlıq yaradır!

Diqqət yetirsəz görəcəksiz, bölgələr üzrə paylanmada
Sünnilik faktoru əsas götürülüb.

“Nur evləri”

Oğlanlar üçün qruplara “abi”lər, qızlar üçün qruplara
“abla”lar başçılq və nəzarət edir. Abilər “Çağ”-ın yeni vaxtlarında Türkiyədən
gətirilirdi, şirkət püxtələşmə mərhələsin adlaynadan sonra, artıq “yerli
kadrlardan” seçilməyə başladı. Az qala hərbi rejim xarakterli kurs və
yataqxanalarında şəriət qaydaları əsasında yaşam tədbiq edilir. Məs.: çörəyi
sağ əl ilə kəsmək, “sinikers” şokoladı yeməmək …

Abituriyentlər “Zaman-AZƏR” MMC firmasının nəşr məhsulları
və dini ədəbiyyatla pulsuz təmin edilir. Psixoloji təsir o qədər yeriyir ki,
“Kərbəla-Aşura” məzmunlu filimlərin nümayişi zamanı zalda oturub ağlayanlar da
olur, kursun təhsil müddətini tam bitirib evlərinə dönməyən məzunlar da olur.

Abituriyentləri şirnikləndirmək, abilərin tapşırıqlarını,
buyruqlarını yerinə yetirmələrinə mənəvi borc yaratmaq üçün abilər
abituriyentlərin bufet xərclərini öz istəklərindən gələn hal kimi ödəyirlər.
Naşı abilər abituriyentlərə təpinsələr, vursalar belə “tələbələrin” onların
üzünə ağ olmağa, çəmkirməyə mənəvi haqları çatmır. Abilər özləri də rəhbərliyə
hesabat verirlər. (Çox mütəşəkkil iş qurulub).

“Araz” Hazırlıq” Kurslarında təhsil alan abituriyentlərdən
kursda “yaxşı oxuyanlar”, dini təsirə düşənlər (“Nur Tələbələri”) – namaz
qılmağı öyrənən, şəriət buyruqlarına əmal edənlər müəyyən vaxtdan sonra xüsusi
evlərə – “Nur evləri”nə yerləşdirilir. Burada mədrəsə tipli molla təhsili
verilir.

“Nur evləri”nin birinci məqsədi sosial baza – insan qaynağı
qazanmaq və yeni təsirə düşənlərin beyninə Camaatın təlimlərini yeritməkdir.

Nikah məsələsi də önəmli sayılır. Öz şəbəkələri daxilində
ailə həyatı qurmaları üstünlük yaradır. Bu, nəzarətçi müəllimlər – “Abi” və
“abla”lara da aiddir.

• Kursun
adının hallanmaması üçün polisə girşmirlər.
Hətta kursu bitirib təhsil
haqqını ödəməyən məzunları belə polisə şikayət etmirlər.

Kursun məzunlarından 400-dən, 500-dən, 600-dən çox bal
toplayanlar Qafqaz Universitetin ixtisaslarını seçməyə təhrik edilir. 100-dən,
200-dən aşağı və bundan yuxarı bal toplayanlara isə Bakı İslam Universitetinin
Zaqatala filialı, AMİ-nin Şəki filalını və BDU-nun “Dinşünaslıq” fakultəsini seçim
tapşırılır.

Bakıda “Damla”, Sumqayıtda Nizami Gəncəvi adına tələbə
yataqxanaları (nurçu yurdları) fəaliyyət göstərir.

Azərbaycan yayınları
və əhatəsi

Azərbaycanda “Zaman-AZƏR” MMC firması, “Nurlar” mətbəəsi,
“Zaman – Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mətbu orqanları, “Quba “Nur”
Studiyası”, quzey zonasını əhatə edən “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatı
(Quba r.), “Araz” Hazırlıq” Kursları, “Araz” Yayınları” MMC, “Araz” dərgiləri,
dərsliklər, test bankları, Qafqaz Universiteti, tələbə yataqxanaları, Türkiyə
İşbirliyi və Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda
yayımı dayandırılan “STV” (Azərbaycandakı mərkəzində həmən baza əsasınad
“Xəzər” TV təsis edildi) və d. şəbəkənin əhatəsinə aiddir. Qafqaz
Universitetinin əməkdaşlıq siyahısını əsasən Türkiyə iş adamlarının təsis
etdiyi şirkətlər təşkil edir.

İşin yayıcılığını stimullaşdırmaq üçün adların seçilməsində
hərəkətdə olmağı bildirən əlamətlərə, nəsnələrə önəm verilir.

Mətbu orqanlarında məhsulun tirajının göstərilməməsi
müəssisədaxili sirr kimi saxlanılır.Təhsil müəssisələrinin yerləşdiyi
bölgələrdə mətbu orqanlarının təmsilçilikləri təşkil olunub. Təhsil
müəssisələrini mətbu orqanlarla pulsus təmin edirlər.

6-11-ci sinif şagirdlərini qəbul edən liseylərdə oxuyanlara
və hazırlıq kurslarında 2-3 il hazırlaşanlara daha ciddi yanaşılır.

Sevindirici hal budur ki, hərbi və güc strukturlarından –
Hərbi həkimlik, Polis Akademiyası, MTN və b. liseyin attestatın qəbul etmir. Bircə
bu fakt fətullahçıların nə qədər təhlükə olduğuna kifayət dərəcədə sübutdur.

Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə hakim
olub oturuşandan sonra isə dövlətin total işğalına lap az qalır.

Bu sadalan
faktlar işin bəlli olan, bilinən tərəfləridir. Dövlət baba “Çağ” Öyrətim
İşlətmələrinin müqaviləsinə yenidən əl gəzdirməli və ya “Çağ”-ın hüquqlarını
məhdudlaşdırmalıdır.

Təhsil təbliğatı   “Çağ” Öyrətim İşlətmələri”

Nurçuluq
Azərbaycan təbliğatına hiss edilməyəcək tərzdə təhsil sistemindən başladılıb,
çox ağıllı bir düşüncədir toxum əkmək.
Azərbaycanda Nurçuluğun
özəyini  “Çağ” Öyrətim İşlətmələri”
Məhdud Məsuliyyətli Müəssisə nəzdində fəaliyyət göstərən şirkətlər qrupu təşkil
edir. Türkiyədən gəlmiş iş adamlarının “müştərək təhsil müəssisələri açmaq”
təklifləri xeyli şübhələr yaradır.

Türkiyənin dünyada açılan ilk Türk Liseyi – “Naxçıvan Özəl
Türk Liseyi”! Azərbaycana yönəlik gözlərin 1991-ci il 18 oktyabrında burada
Sovet idarə üsulunun ləğvindən, Müstəqilliyin yenidən bərpa aktı – “AR Dövlət
Müstəqilliyi haqqında Konstitusiya aktı”ndan 14 gün sonra, 1 noyabrda  ilk dəfə Naxçıvanda fəaliyyətə başladılar.
Azərbaycana gətirilən bir çox pozuculuğun adı Heydər Əliyevlə bağlı olduğu
kimi, bunun da razılıq gəlişi Əliyevlə bağlıdır.

Fəaliyyətlərini cilalamaq üçün hakim rejimin maraqlarına
uyğun davranışı yaddan çıxatmayıb üsulluca müdafiə edirlər. Bu sırınmalara bir
neçə misal; “Şirkətin fəaliyyətə başlaması görkəmli siyasi və ictimai xadim,
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır… Muxtar Respublika
Parlamentinə sədrlik edərkən Türkiyə maarifçilərinin müştərək təhsil
müəssisələri açmaq barədə təkliflərini qəbul etmiş…” ,  “Prezident İlham Əliyevin diqqət və qayğısını
daima hiss edən Universitet kollektivi…” , “Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş  Heydər Əliyevin şəxsi göstərişi ilə…”
,  “Universitet Elmi Şurasının qərarı ilə
ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd  və digər təqaüdlər…”  və b.

İlk yerləşməyə Naxçıxan (“Naxçıvan Özəl Türk Kolleci”
adıyla. 1 dekabr, 1991),  Bakı və
Sumqayıt şəhərlərində başlamışlar.

Azərbaycan-Türkiyə Özəl Ümumtəhsil Müəssisələri (“Çağ” Öyrətim Şirkətinin layihələrindən):

 “Araz” Hazırlıq”
Kursları – Zaqatala, Qax, Şəki, Gəncə, Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran,
Sumqayıt, Bakı (Bakıda əsas korpus, Nəsimi rayonunda), Xətai, Sabunçu
(Bakıxanov qəsəbəsində).

Bakının Nizami rayonunda da fəaliyyət göstərirlər, Bərdə
rayonunda isə kursun aşılış işləri gedir.

Azərbaycan – Türkiyə Özəl Türk Liseyləri  – Şəki, Mingəçevir, Gəncə, Ağdaş, Quba,
Şirvan, Lənkəran, Sumqayıt, Bakı.

“Zaman” Öyrətim Şirkəti nəzdində Naxçıvan Türk  Liseyləri – Naxçıvan Türk Liseyi, Ordubad Qız Liseyi,  Ak. Əhməd Mahmudov adına Şərur Türk
Liseyi.                    

Naxçıvandakı təhsil müəssisələrinin adı qeyri-dövri və
virtual nəşr prospektlərində əksər hallarda göstərilmir.

Bakı Özəl Türk Liseyinin regional filialları – Mingəçevir
filialı,  Ağdaş filialı, Quba filialı,
Şirvan filialı, Lənkəran filialı, Bakı Özəl Türk Liseyi “Dədə Qorqud” filial
(Bakı şəhərində).

Öz məlumatlarına görə hər il liseylərinə orta hyesabla 8-10
min şagird müraciət edir.

 “Qafqaz”
Azərbaycan-Türkiyə Özəl Gimnaziyası – I-XI sinif şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil
standartları əsasında aparılır.

“Qafqaz” İlköğretim Okulu (ibtidai təhsil məktəbi) –  I-VIII sinif şagirdlərini əhatə edir. Məktəbə
Türkiyə Cümhuriyyəti vətəndaşlarının uşaqları qəbul edilir və təlim-tərbiyə işi
Türkiyə Cümhuriyyətinin təhsil standartları əsasında aparılır.

Şagirdlərə yay tətilində müxtəlif müddətli istirahət
düşərgəsi, İngiltərədə və ABŞ-da dil kursları təşkil edilməsi bu qədər
maliyyələrinin olmasına şaşqınlıq yaradır!

Diqqət yetirsəz görəcəksiz, bölgələr üzrə paylanmada
Sünnilik faktoru əsas götürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031