Masallı icra başçısına qarşı şok rüşvət ittihamı

04.03.2014 - 20:28

Rafil Hüseynovun Qarğalıq ərazi nümayəndəsi
Sübhan Zalıyevlə ortaq əməlləri

Cinayət işindən 70 min ABŞ dolları
məbləğindəki rüşvətin çıxarılması barədə işlər aparılır

Masallı
rayonunda uzun müddətdir ki, davam edən idarəsizlik, özbaşınalıq,
səriştəsizlik, talançılq, qanunsuluqlarn baş alıb getməsi rayonda çox
acınacaqlı, dözülməz vəziyyət yaradıb.

Redaksiyamıza
Masallı rayonunda baş verən qanunsuzluqlar barədə ilginc məlumatlar daxil olub.

Masallı
rayonunun Qarğalıq ərazi nümayəndəliyinə 20 ilə yaxındır ki, rəhbərlik edən
Sübhan Zalıyevin əməllləri haqda danışan rayon sakinləri cumhuriyyet.az-a
bildirib ki, payı bəlli olan torpaqlarda fərdi yaşayış evlərinin tikilməsi,
azyaşlı qızların xüsusilədə məktəb yaşlı qızların ərə verilməsi və bunun qarşısının
alınmaması üçün heç bir tədbir görülməməsi S. Zalıyevin özünün əsas vəzifəsinin
şəxsi maraqlarını təmin etməsidir: “İşlədiyi 20 ildən çox dövrdə kənd əhalisinə
xidmət etmək əvəzinə, bütün fəaliyyətini öz qohum-əqrəbalarına, övladlarına
xidmət etmək üzərində qurub. Belə ki, öz övladlarını, qohum-əqrəbalrını ordu
sıralarına getməməsi üçün saxta xəstəliklərlə hərbi biletlər almışdır. Kəndin
ümumi istifadəsində olan su hövzələrini, torpaq sahələrini öz mənafeləri
xeyrinə ayrı-ayrı adamlara qeyri-qanuni yollarla vermişdir. Belə ki, Qarğalıq
ərazisində yerləşən su hövzəsini Bakı şəhərində yaşayan İbayev Fərahilə,
Xallıcallı su hövzəsini Quliyev Telmana və digər şəxslərə vermişdir. S.
Zalıyevin bu qanunsuz əməllərinə etiraz edən şəhid ailəsinə qarşı şantaj, böhtan
təşkil edərək ailə üzvlərindən iki nəfərini həbs etdirmiş və bu haqsızlığa
dözməyən şəhid anasının məhkəmə hökmündən sonra ürəyi partlayaraq vəfat
etmişdir”.

Mənbəmizin
sözlərinə görə S.Zalıyevin uzun müddət ərzində öz qanunsuz əməllərinin davam
etdirilməsinin səbəbi, kənd əhalisindən çapıb-taladığı pullarla İH-nin
başçıları ilə isti münasibəətlər qurmaq və bunun hesabına cəzasızlıq şəaritində
fəaliyyətini davam etdirməsidir. Adıçəkilən məmur qanunsuz əməllərinə etiraz
edən kənd sakinlərini şantaj etmək, hədə-qorxu gəlmək ilə kənd sakinlərini
vahimə içərisində saxlamaq üçün polisə, məhkəməyə, prokurorluq orqanlarına
saxta məlumatlar verərək onların həbs olunmasına cəhdlər göstərmişdir. Baş
verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə məhz
belə cəhdlərdən biri kənd sakini Hicran Ağayevi elə bir vəziyyətə gətirib
çıxartmışdır ki, adicə bir arayış üstündə H. Ağayev ona hətta əl qaldıraraq
təhqir etmiş, S. Zalıyev ondan şikayət edərək bir il həbs cəzasına məhkum
etdirmişdir. Bütün bunlar da kənd sakinlərinin çox ciddi narazılıqlarına səbəb
olmaqla, kənd əhalisi arasında qarşıdurma şəraiti yaratmışdır. Amma maraqlıdır
ki, bütün bu qanunsuzluqlar barədə kənd sakinlərinin kütləvi şəkildə Rayon İcra
Hakimiyyətinə gedərək İcra Başçısına etdikləri şikayətlərə baxılmır,
şikayətçilər get-gələ salınaraq bezdirilir və S. Zalıyev onlar tərəfindən fəal
şəkildə müdafiə olunur. Bundan sonra şikayətçillərə total şəkildə şantajlar,
böhtanlar, təzyiqlər göstərilir.

Belə
cəzasızlıq şəraitindən və hərtərəfli müdafiə olnumasından ruhlanan S. Zalıyev
daha böyük saxtakarlıqlara və bunun müqabilində yüksək məbləğli rüşvət
əməliyyatlarına başlayır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə S.Zalıyev
kənd bələdiyyəsi ilə birləşərək kəndin “Tut Bağı” deyilən ərazisindən böyük bir
ərazini 70 min ABŞ dolları alaraq öz möhürü ilə saxta sənədlər tərtib edərək
böyük bir cinayətə imza qoymuşdur. Kənd camaatının təkidli tələblərindən sonra
Respublika prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu
cinayət araşdırılaraq S. Zalıyev və digrələri haqqında cinayət işi
qaldırılmışdır. Lakin bütün bunlara baxmayaraq bu gün də S. Zalıyev
“əvəzedilməz” kadr kimi Rayon İcra Başçısı Rafil Hüseynov tərəfindən müdafiə
olunur. Cinayət işindən 70 min ABŞ dolları məbləğindəki rüşvətin çıxarılması
barədə işlər aparılır. Bundan belə nəticə çıxır ki, S. Zalıyev bu cinayətləri
RİH başçısının himayəsi altında törədir.

Əgər
bütün bu cinayətlərə 2011-ci ildən əhalinin ən kasıb təbəqəsinə verilən Ünvanlı
Sosial Yardımla bağlı ərazimizdə kiçik bir araşdırma aparılsa məlum olar ki, S.
Zalıyevin imkanlı qohum-əqrəbalarından başqa kəndimizdə kasıb ailə yoxdur.
Çünki həmin ünvanlı yardım əsasən onların yaxınlarına yazılır, mənimsənilir. Bu
barədə Əmək Və Sosial Müdafiə Naziri S. Müslümovun siyahısı açıqlandıqdan sonra
çox ciddi faktlar ortaya çıxdı. Əgər rayon üzrə 10 minə yaxın adama Ünvanlı
Sosial Yardım yazılaraq böyük hissəsi mənimsənilibsə, bu işdə ən fəal iştirak
edən bizim ərazi nümayəndəmiz S. Zalıyev olub. Əgər bu işlər araşdırılsa
kifayət qədər saxtakarlıq ortaya çıxacaqdır. Ərazi nümayəndəsi Rayon İcra
Hakimiyyəti ilə əlaqəyə girərək saxta əkin sahələrini qeydiyyata saldıraraq,
ayrılan vəsaiti ayrı-ayrı kənd sakinlərinin adlarına yazaraq mənimsəyirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031