Zəlzələ pulllarına Göygöldə tikilən villa
Kəmaləddin
Heydərov Zodda oğluna villa haqda ilginc məlumatlar “Yeni Cumhuriyyət”dəKəmaləddin
Heydərov Zodda oğluna villa haqda ilginc məlumatlar “Yeni Cumhuriyyət”də
“Yeni Cumhuriyyət” qəzetinin
ötən saylarında məlumat vermişdik ki, yanvarın 31-də Göygöl şəhərində Fövqəladə Hallar naziri Kəmaləddin
Heydərov yerli və ətraf rayonların sakinləri üçün görüş keçirdikdən sonra
ərazidə ona məxsus bir sıra obyektlərə baş çəkib.
Əldə
etdiyimiz məlumata görə Göygölə səfəri çərçivəsində Kəmaləddin Heydərov Zodda
oğlu Taleh Heydərov üçün müasir Avropa standartlarına uyğun, xüsusi layihə-
dizayn əsasında inşa etdirdiyi villa- iqamətgaha baş çəkib, ordakı tamamlama
işləri ilə tanış olub. FHN şefinin Göygölə səfəri daha çox yerli sakinlərin
problemlərini dinləyib həll etmək yox, dövlət büdcəsi hesabına tikdirdiyi
obyektlərinə, istirahət mərkəzlərinə, iqamətgahlarına baş çəkmək məqsədi
daşıyıb.
Məmurdan öz oğluna dəbdəbəli
villa- iqamətgah…- HANSI PULLA?
Mənbəmizin
verdiyi məlumata görə “fövqəlnazir”-in gözəl təbiəti, əla mənzərəsi olan
Göygöldə bir sıra obyektləri, ticarət və istirahət mərkəzləri var. Bu obyektlər
içində onun Göygöl rayonunun mərkəzindən
17 km aralıda, gözəl təbiəti olan, dəniz
səviyyəsindən yüksəklikdə yerləşən Zod qəsəbəsində oğlu Taleh Heydərov üçün
müasir Avropa standartlarına uyğun tikdirdiyi villa- iqamətgahın xüsusi yeri
var. Yardımçı tikililəri ilə birlikdə sahəsi 2400 kvadratmetr olan bu villa-
iqamətgah bir neçə ildir ki, tikilir. Tikintini həyata keçirilməsində iştirak
edən məsul şəxslərdən birinin redaksiyamıza verdiyi bilgiyə görə binanın 2
mərtəbəsi yerin alt qatında, 3 mərtəbə isə yerin üst qatında yerləşir. Bir neçə
hektar ərazini əhatə edən iqamətgahın müxtəlif dizaynli yataq, qonaq, iş və ayrıca qəbul otaqları,
eləcə də saunası və idman zalları var. Xüsusi mühafizə olunan tikilinin
həyətında müxtəlif bəzək bitkiləri və hətta təyyarə meydançası da var. Göygöldən iqamətgaha olan
17 km yola asfalt örtük
döşənib. Dağların qoynunda meşə ərazisində yerləşən iqamətgah xüsusi layihə
əsasında hazırlanıb və böyük həcmdə vəsait hesabına başa gəlib. Tikinti xüsusi
qrup tərəfindən həyata keçirilib və bir neçə ilə başa gəlib. Verilən məlumata
görə Kəmaləddin Heydərov oğulu Taleh üçün tikdirdiyi bu iqamətgaha ayrılan
vəsait dövlət büdcəsindən nəzərdə tutulan dövlət proqramı hesabından istifadə
edilib.
Zəlzəllə pulları Zodda…
Msələ
ilə bağlı “Yeni Cumhuriyyət” qəzetinin apardığı araşdırmalara və verilən
məlumatlara görə Kəmaləddin Heydərovun Göygölün Zod qəsəbəsində oğlu Taleh üçün inşa etdirdiyi
müasir standartlara uyğun ümumi sahəsi 2400 kvadratmetr olan villa- iqamətgah
Qax- Zaqatala zəlzələsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına inşa
olunub. Mənbəmizin verdiyi məlumata görə bir neçə il davam edən inşaat işlərini
zəlzələ fəlakət bölgəsində tikinti işlərinin aparılmasına cəlb edilmiş “Azəri-
Trans” şirkəti həyata keçirib.
Adıçəkilən şirkət
əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti işlərini görür və birbaşa
Kəmaləddin Heydərovun nəzarəti altındadır. FHN şefi bu şirkətin vəzifə
sahiblərinə etibar edərək iri layihələri onlara tapşırır. Adı çəkilən şirkətlə
bağlı vaxtaşırı narazılıq səsləri eşidilir. Şirkətin adı tez- tez korrupsiya
olaylarında, eləcə də öz işçilərinin əmək haqlarını vaxtlı- vaxtında verməməsi
səbəbindən hallanır. Hazırda şirkətdə mövcud olan durum çox acınacaqlıdır.
Külli miqdarda vergidən yayınma və digər neqativ hallar var.
“Azəri
Trans”- Kəmaləddin Heydərovun “kaşilok” şirkəti
Şirkətin FHN- nin
rəhbərliyinə daxil olan şəxslər tərəfindən yaradıldığı və Fövqəladə Hallar
naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından olan FHN- də Tikintiyə
Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən birbaşa idarə
olunduğu bildirilir. “Fövqəlnazir” üçün “kaşilok” rolunu oynayan, vəzifəsi
birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik
rəhbəri Cəbrayıl Xanlarovun yaxın adamı olan, əvvəllər Daxili İşlər
Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini
ixtisasca həkim olan İlqar Əliyev isə Sərhəd Qoşunları Xidmətinə məxsus
Hospitaldan gəlib və yeri gəlmişkən şirkətin əsas işçi heyəti də məhz keçmiş
polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat
İdarəsinin rəisi olan Hidayət Əliyev Sərhəd Qoşunları Xidmətində sıravi gizir
rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş
“Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə qohum olduğuna görə sonuncu
tərəfindən bu vəzifəyə irəli çəkilib. Dövlət sifarişli layihələrin həyata
keçirilməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi bu şirkət tərəfindən icra
olunur. Şirkət bir çox vəzifəli şəxslərə dövlət büdcəsindən ayrılan vəsait
hesabına müxtəlif obyektlər, villalar, iqamətgahlar tikir. Tikinti işlərinə
sərf olunan bütün tikinti materialları şirkətin hesabına alınır. “Azəri
Trans”ın işçiləri qanunsuz olaraq həmin villaların tikintisinə cəlb edilir. Şirkət
eyni zamanda Heydər Əliyev Fondunun adına inşa olunan bir çox məktəblərin,
xəstəxanaların və digər obyektlərin də tikintisini həyata keçirir. Kəmaləddin
Heydərov tərəfindən idarə olunan və onun tikinti işlərini həyata keçirən,
məqsədi çirkli pulların yuyulmasına xidmət edən “Azəri- Trans” şirkətinin
vergidən yayınma və sosil müdafiə fonduna ödənişlər etmədiyinə dair məlumatlar
da var.
“Bir nömrəli xidmətçiyə” “bir nömrəli” korrupsiya
faktı…
Görünən odur ki,
2012- ci ildə Qax- Zaqatala zəlzəsinin nəticələrinin aradan qaldırılmasına
məsul olan FHN və onun rəhbəri Kəmaləddin Heydərov bu istiqamətdə ayrılan
vəsaitləri özünün tikinti şirkətləri vasitəsi ilə təyinatından kənar
istiqamətlərə xərcləyir. Onun öz oğulu Taleh Heydərova Göygölün Zod qəsəbəsində
inşa etdiyi, dəyəri bir neçə milyon dollara başa gələn villa- iqamətgah da məhz
bu pullar hesabına tikilib. Məlumatı verən mənbəmiz yaxın günlərdə Heydərovlara
məxsus Zoddaki villa ilə bağlı ətarflı bilgilər və tikilinin foto şəkillərini
redaksiyamıza təqdim edəcəyini bildirir…
Dövlət başçısı son
müşavirələrinin birində özünü xalqın “bir nömrəli xidmətçisi” hesab edərək
korrupsiyaya qarşı amansız mübarizə aparacağını bildirmişdi. Xalqın “bir
nömrəli xidmətçisinə” bizdən büdcənin talanmasına dair “bir nömrəli” korrupsiya
faktı təqdim edirik. Ünvan və fakt göstərmk bizdən, tədbir görməsi İlham
Əliyevdən. Necə deyərlər bu meydan, bu şeytan…
Kurşad Kaya
Short URL: http://www.cumhuriyyet.net/?p=4780