Elçibəy hakimiyyətinin icra başçısı vəfat etdi

05.03.2014 - 00:34

Azərbaycan
ziyalılarına, böyük hərflə yazılan İnsan axtarışında olanlara, təmənnasız,
obyektiv bilik əldə etmək arzusuilə  yaşayan tələbə-gənclərə ağır itki üz
vermişdir. 2014-cü ilin mart ayının 3-də Gəncə Dövlət Universitetinin baş
müəllimi, respublikanın qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü, , “Ruzigar” qəzetinin redaksiya heyətinin
üzvü, fəal və dəyərli müəlliflərindən birincisi Əlvan Mədət oğlu Əliyev
(Kəbirli) bu dünyadan gözlərini çəkib, ulu Tanrının dərgahına köçdü. Yaxın dostları Əlvan bəy haqda nekroqunu təqdim edirik: 

Əlvan
Mədət oğlu Əliyev (Kəbirli) 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun
Salmanbəyli kəndində doğulmuşdu. İlk təhsilini Salmanbəyli kənd yeddillik
məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini
bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) tarix fakültəsinə daxil olub. 1968-ci ildə oranı fərqlənmə
diplomu ilə bitirərək təyinatla H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji
İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. Ömrünün
sonuna kimi GDU-nun sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.

1968-ci
ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi
xidmətdə olub. 1974-1977-ci illərdə S.M.Kirov adına ADU-nun (indiki BDU)
fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H.Zərdabi adına
KDPİ-yə (indiki GDU) qayıdıb.

1988-ci
ildən xalq hərakatının önündə gedib. 1990-1992-ci illərdə Gəncə şəhər Xalq
Deputatları Sovetinin deputatı olub. 1992-1993-cü illərdə Gəncə şəhəri Nizami
rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

1975-ci
ildən dövrü mətbuatda elmi, elmi-publisist yazılarla çıxış edirdi. 1988-ci ilin
fevral ayından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil almışdı.
Azərbaycan Respublikasının aparıcı jurnallarında və məcmuələrdə, 40-dan artıq
aparıçı qəzetdə isə yüzlərlə məqaləsi dərc olunub. “Siyasət naşıları sevmir”
adlı 23,5 çap vərəqi həcmdə kitabı 2008-çi ildə “Elm” nəşriyyatında çap
edilmişdir.

Ailəli
idi. 3 övladı, 2 nəvəsi var.

Əlvan
Mədət oğlu Əliyevin (Kəbirli) əziz və unudulmaz xatirəsi onu tanıyanların
qəlbində əbədi yaşayacaqdır.

Allahdan
bu səmimi insan, işıqlı ziyalıya rəhmət diləyir, məzarın nura boyansın deyirik.

Dostları adından: Füzuli Rüzigar, Oqtay Gülalıyev, Rafael Becanov, Həsənbala Sadıqov, Vəkil Aşırov,
Rəşid Məhərrəmov,
German Muxtarov, Qərib Mehdi, Barat Vüsal, MustafaRasimoğlu, Elmar Hüseynov, Məmməd Qasımov, Yalçın Qasımov, İmran Füzulioğlu, Balabəy Qədirov, RamizTəmkin, Baxşəli Abbasov. Solmaz Şəms,  Fatma
Cəfərova, İradə Novruzova.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4786

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031