Abid Şərifov "Sovetski" camaatını necə aldatdı

05.03.2014 - 00:39

Baş Nazirin müavininin “Kim qalmaq
istəyirsə, qalsın” ifadəsi vətəndaşı ələ salmaqdır

Yasamal
Rayon İcra Hakimiyyətində “Sovetski” sakinləri ilə keçirilən son görüşdə Baş
Nazirin müavini Abid Şərifov maraqlı açıqlamalar verib. O bildirib ki, ,
hökumət sakinlərlə görüşdən qaçmır: “Onlar sizi seçiblərsə, səlahiyyət
veriblərsə, sizinlə görüşürük. Mən ömrüm boyu tikinti işləri ilə məşğul
olmuşam. Hacıbala Abutalıbovun evlərin sahələrinin damdan dama hesablanması
barədə sözünü isə eşitməmişəm. Mən evin sahəsinin hesablanması ilə bağlı
qanundan, qaydadan danışıram. Evin sahəsi divarın içindən hesablanır. Bu
qaydanı pozmağa heç kimin haqqı yoxdur”.

A.
Şərifov qeyd edib ki, məhəllənin söküləcəyi barədə söhbət 40-50 ildir gedir:
“Çoxlu sayda ev satın alınıb, sökülüb, tikilib. Özəl şirkətlərin də sakinlərdən
evləri necə aldığından xəbərdaram. Biz kimisə köçürtmək məqsədi güdmürük.
Evlərini satmaq istəyənlərin evləri alınacaq. Əgər 4-5 min evdən 100-200-ü
satıb gedirsə, qalanları ilə heç kimin işi yoxdur, sağlıqla yaşasınlar”.

Təşkilati
Komitəsinin üzvləri ərazidə satılan evlərdə söküntü işləri aparılarkən oradakı
evlərin kommunikasiyalarının, sanitar qovşaqlarının sıradan çıxacağını
bildirib, söküntü zamanı bu məsələnin xüsusi diqqətdə saxlanılmasını
istəyiblər. A. Şərifov isə bir daha məcburi köçürülmə olmayacağını vurğulayıb.

Əvvəla
“Kim qalmaq istəyirsə, qalsın” ifadəsi vətəndaşı ələ salmaqdır. Çünki ərazinin
böyük bir hissəsi söküldüyü təqdirdə, işıq, su, qaz xətləri də kəsiləcək və
burda yaşamaq mümkünsüz olacaq. Eyni zamanda böyük bir tikinti xarabalığının
toz-torpağında yaşamaq imkansızdı. Digər tərəfdən, sual meydana çıxır. Əgər
hökumət bu ərazidə geniş prospekt salmaq istəyirsə, onlarla evin sökülməyəcəyi
təqdirdə bunu necə reallaşdıracaq”.  Deməli, “kim qalmaq istəyirsə, qalsın” ifadəsi
növbəti “priyom”dur. Belə ki, əhalinin bir hissəsinə kompensasiya verib
köçürəcəklər, digər hissəsi isə ya məcbur olub razılaşcaq, ya da zorla
köçürüləcək.

İkinci
reallıq ondan ibarətdir ki, şəhərin mərkəzində 1500 manata mənzil almaq mümkün
deyil. “Sovetsiki”yə yaxın ərazilərdə təmirsiz mənzilin kvadrat metrinin
qiyməti  2000-2500 manatdan başlayır.
Bunun üstünə 300 manat təmir pulunu da əlavə etmək lazımdır. Üçüncü məqam ondan
ibarətdir ki, dövlət yaxın ərazilərdə yaşayış binası tikə bilərdi. Beləliklə,
həm vətəndaş razı qalardı, həm də dövlətin maliyyə itkisi az olardı. Indiki
halda isə hökumət alış-verişi özü həyata keçirir və vətəndaşın xüsusi mülkiyyətinə
qiymət qoyur. Bu həm də Konstitusiyanın müvafiq maddələrini pozmaqdır. Çünki
Konstitusiya və qanun qarşısında mülkiyyət hüququ toxunulmazdır.

Ədalətsizlik
həm də evlərin kvadrat metrinə görə pul bölgüsündədir. Tutalım bir vətəndaşın
25 kvadratmetr evi var və həmin vətəndaşa kvadratmetrinə görə 2000 manat pul
ödənilir. Axı, yeni tikilən binalarda 25 kvadratmetrlik mənzil olmur. Şəhər
ətrafında olan yeni tikililərdə 1 otaqlı mənzilin ölçüsü 70 kvadratmetrdən
başlayır. Yəni hökumət təmsilçilərinin “bu pula şəhərin mərkəzində mənzil almaq
olar” fikri tamamilə absurddur.

Abid
Şərifovun “Belə bir təcrübə olmayıb ki, biz kiməsə ev tikək verək” fikri isə,
ümumiyyətlə, qəbul edilən deyil. Əgər indiyə qədər belə təcrübə olmayıbsa,
indən sonra tətbiq edin. Bunu etmək müşkül, qaydalara ziddirmi? Vətəndaşın
şəxsi mülkiyyətini başına uçurmaq təcrübəsi də dünyada yoxdur. Ancaq Azərbaycan
hökuməti bu “təcrübə”ni sınaqdan keçirir. Zəhmət çəkib yaxşı təcrübələri də
tətbiq etmək lazımdır. Bir sözlə, yaranmış vəziyyət onu göstərir ki, hakimiyyət
bu dəfə də vədinə əməl etməkdə maraqlı görünmür və “Sovetski” sakinlərini öz
şərtləri ilə köçürmək istəyir.

 

Şahin
Turan

Short URL: http://www.cumhuriyyet.net/?p=4787

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031