KXCP İdarə Heyəti toplaşdı
Partiya “Soveyski” söküntüsünə, Yasamal qəbrstanlığının köşürülməsinə və AXCP-yə qarşı təzyiqlərə etiraz edir

KXCP İdarə Heyəti Bakıdakı Yasamal qəbristanlığının bir hissəsinin yol çəkilməsi adı altında dağıdılması müzakirələrindən narahlıqlarını bildirmişdir. KXCP yol çəkilməsi adl altında qəbristanlığın dağıdılmasını yolsuzluq hesab edərək baş verənləri milli. dini adətlərə, qaydalara və törələrə hakimiyyətin etinasızlığı kimi qiymətləndirir. 1918-ci ilin mart ayında ermənilərin türk-müsəlman soyqırımı nəticəsi olaraq yaranmış şəhidliyi dağıdıb yerində Kirovun heykəlini ucaldanların davamçıları görəsən indi nə etmək fikrindədirlər?
KXCP İdarə Heyəti AXCP qərargahının zirzəmisində baş verın partlayışdan narahat olduğunu bildirir, hadisənin səbəblərini obyektiv araşdırılaraq ictimaiyyətə çatdırılmasını hakimiyyıt orqanlarından tələb edir. KXCP törənmiş və ya törədilmiş partlayış hadisəsinin səbəbləri obyektiv araşdırılıb ictamaiyyətə çatdırılmayacağı təqdirdə məsuliyyətin hakimiyyət orqanlarının üzərində qalacağı qənaətindədir.
İdarə Heyəti Ukraynada və Krımda baş verrən hadisələrlə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlunun 2 mart 2014-cü ildə Mustafa bəy Krımoğlu ilə müzakirələri haqqında məlumatını dinləyib və son günlərdə baş verən hadisələri qiymətləndirib. KXCP, Ukraynada baş verənləri Ukrayna xalqının azadlıq,müstəqillik, demokratiya və insanlıq naminə apardığı şərəfli mübarizə hesab edir, bu qəhrəmanlığa görə bir daha Ukrayna xalqını dəstəklədiyini, Krımda və Ukraynanın şərqində baş verənlərə görə Rusiyanın imperiapərəst siyasətini pisləiyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4788