İctimai Palatanın buraxılmasına təsisçilərdən sərt reaksiya

05.03.2014 - 03:09

Aydın Şükür: “Koordinasiya Şurasına heç kim
İctimai Palatanı buraxmaq səlahiyyəti verməyib”

 

Dünən  İctimai Palatanın buraxılması haqda xəbər
yayıldı. Xəbərdə deyilirdi: “İctimai Palatanın Koordinasiya Şurası 4 martda
özünün sonuncu toplantısını keçirib. Toplantıda İctimai Palatanın fəaliyyətinə
xitam verilməsi barədə hazırlanmış layihə müzakirə olunub və qəbul edilib.  2010- cu il parlament seçkilərində namizəd
kimi iştirak etmiş şəxslər tərəfindən ölkədə köklü demokratik dəyişikliklərə
nail olmaq məqsədi ilə təsis (!) edilmiş İctimai Palatanın fəaliyyətinə rəsmən
xitam verildiyi elan edilsin”. Bu xəbər artıq bir çox İctimai Palata üzvləri
tərəfindən kəskin etirazla qarşılanıb.

Son
toplantıya etiraz edən İP üzvləri adından cumhuriyyet.az-a açıqlama verən Milli
Azadlıq Hərəkatının fəallarından biri, Qarabağ müharibəsi iştirakçısı, İP
təsisçilərindən olan Aydın Şükür deyib: “Hörmətli İP K.Ş üzvləri, sizin
verdiyiniz bu qərar  TƏSİSÇİ lərin
əksəriyyətindən xəbərsiz verilib. Yəni, ilk olaraq 2010 dekabr ayında 86 nəfər
, 2010-cu il parlament seçkilərində namizəd olmuş şəxs tərəfindən təsis olunub
və məsələdən xəbərsiz olan təsisçilərin 85-90 %-dən, heç biri təsisçilik və ona
xitam vermək səlahiyyətlərini  K.Ş
üzvlərinə verməyib. İP K.Ş heç İP-nın sessiyasını da çağırmağı lüzum
bilməyiblər. Demokratiya uğrunda gedən mübarizədə, “demokratiya” .Bu rejimə bəs
nə öyrədək və yaxud cəmiyyəti necə formalaşdıraq.?!

Formatında
əvvəldən razı qalmadığımız İctimai Palata, qeyri-səmimi yarandığı kimi,
qeyri-səmimi də sona yetirilir. Alternativ Milli Məclis yaradılması, seçkilərin
nəticəsini ləğv edib, yeni deputat seçkilərinin keçirilməsinə nail olunması
məqsədilə,təkliflərimizə və xəbərdarlıqlara baxılmadı. Normal bir qurumun
səmimi formada yaradılmasına tarixi şans oldu və bu, əldən buraxıldı. Bir o
qədər enerji verildi , çabalar göstərildi , nəticə yox. Təəssüf ki, əvvəlcədən deyilmiş
kimi, iş dirəndi dalana və əvvəlcədən deyilmiş kimi də bunu gördük. Ama hələ ən
böyük  şans əldən verilməyib. Bu şans,
Xalqın iradəsidir ! Xalq iradəsi, həmişə ən güclüdür,qalibdir. Şans bizi
gözləyən yerə, Xalqın içinə getmək, onun iradəsilə danışmağı qazanmaq lazımdır.Xalqın
iradəsiylə danışmağı qazanmadan, o Xalqa normal Dövlət qurmaq mümkün deyil.
Xalqın iradəsinin, bu vacib SİLAHı ortaya qoyulması üçün hamı əlində olan bütün
maariflənmə vasitələrdən istifadə etməklə, bütün gücünü qoymalıdır. Xalqın
iradəsi ortada olmayanda, Dövlət, bütün mənalarda sual altında olur. İstər
xarici, istərsə də daxili siyasətdə. İstər iqtisadiyyatda olsun, istərsə  inzibati orqanlarda, istərsə də mətbuatda və
s. O cümlədən, Dövlətin bütövlükdə yaşaması da daim sual altında olar.Nə qədər
gec deyil bunu bacarmaq lazımdı.Xalqı iqtidarlı müxalifətli gətirək ortaya,
Xalqın nə istədiyi bilinsin. Xalq iradəsi müəyyən olanda, hakimiyyətdə kimlərin
olmasının fərqi olmur. Nə isə, Allah yardımçımız olsun!

Ama
deməyək ki, kimlərinsə günahıdır və kimlərisə ittiham etməyək.Bütün gücümüzlə,
Xalqsız bacardığımız, məmləkətdəki  bu
günkü vəziyyətimizdir. Ağası da qorxaq, rəiyyəti də. Özüm isə “ittiham”
olunmağa hazıram. Yəqin ki….

Tələsgənlik
edən İP KŞ nın İP ilə vida mərasiminə dediyi kəlmələrə dodaq qaçırdaq.

Yayılan
xəbərdə belə bir ifadə var:  “İlk dəfə
olaraq İctimai Palata nümunəsində seçkilərdə verilmiş səslərə əsaslanaraq kölgə
parlamenti tipli təsisatın yaradılmasına cəhd edilmişdi. Bu təcrübə dünyada
maraqla qarşılanmışdı və beynəlxalq əhəmiyyət kəsb edir”.

Əzizlərim,
dünyada maraqla qarşılanan beynəlxalq əhəmiyyət kəsb edən  bir qurumu , vaxtı çatmamış (2015) , həm də
təsisçilərdən xəbərsiz niyə buraxılmış élan edirsiz. ? Bəlkə xəbərsiz
təsisçilər bunu istəmirlər ? !

Daha sonar deyilir: ” İnanırıq ki, İP- in
fəaliyyətinə xitam verilməsinə baxmayaraq onun təcrübəsi hələ uzun müddət
ictimai – siyasi həyatımıza və azadlıq uğrunda mübarizəmizə müsbət təsirini
göstərməkdə davam edəcəkdir.”  Nə qədər
səmimidir deyilmiş ? ! Belə təcrübəli bir qurumu dirəyib dalana  fəaliyyətinə xitam niyə veririk?!  Məmləkət qalıb bir tərəfdə, mübarizələr bir başqa
tərəfdə” .

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031