Avropa İttifaqı Ukraynanın Rusiyaya olan qaz borcunu ödəyəcək

05.03.2014 - 11:50

Avropa İttifaqı Ukraynanın Rusiyaya olan qaz borcunu ödəyəcək

Avropa İttifaqı Rusiyanın “Qazprom” şirkətinin borclarını ödəmək üçün Ukraynaya 2 milyard dollar yardım etməyə hazır olduğunu bəyan edib.
Virtualaz.org-un ANS PRESS-ə istinadən məlumatına görə, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger deyib. Onun sözlərinə görə, Ukraynanın böyük məbləğli börclarını ödəmək ittifaqın əsas prioritetlərindən biridir.
Bu arada məlum olub ki, Ukraynanın qaz borclarını ödəmək üçün ABŞ da 1 milyard dollar yardım edə bilər. 
Ukrayna məsələsi Avropa Birliyinin martın 6-da keçirəcəyi sammitdə müzakirə olunacaq. Və sammitdə Ukraynaya maddi dəstək məsələsi həllini tapa bilər. Rəsmi Brüssel Ukraynaya 610 milyon avro dəstək verəcəyi bildirilir. Ukrayna hökuməti isə təcili 25 milyard dollar ehtiyacının olduğunu açıqlayıb. Beynəlxaq Valyuta Fondu qısa müddət ərzində Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün 15 milyard dollar kredit ayırmağı planlaşdırır.
BVF-nin Ukrayna iqtisadiyyatına dəstək vermək məsələsi bazar günü “Böyük yeddilik” ölkələrinin maliyyə nazirlərinin toplantısında müzakirə olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=4803

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031