ABŞ Azərbaycana maliyyə yardımını azaldır

05.03.2014 - 12:17

ABŞ Azərbaycana maliyyə yardımını azaldır

2015-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstana ayrılacaq maliyyə yardımının həcmi bəlli olub 

 

ABŞ Dövlət Departamenti 2015-ci ildə bir sıra dünya ölkələrinə maliyyə yardımı və bu ölkələrdə həyata keçiriləcək proqramlara ayrılacaq vəsaitin əks olunduğu büdcə layihəsini təqdim edib. APA-nın Dövlət Departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycana yardım yenidən azaldılacaq.
 
Belə ki, 2013-cü ildə ABŞ-ın Azərbaycana yardımı 16 milyon dollardan çox olsa da, 2014-cü ildə bu miqdar 15,5 milyona enib, 2015-ci ildə isə 12,7 milyon dollar təşkil edəcək. Bu məbləğin 9,6 milyonu iqtisadi dəstək, 800 min dolları hüquq-mühafizə orqanlarının narkoticarətlə mübarizəsinə, 600 min dolları beynəlxalq hərbi təhsil və təlimlərə, 1,7 milyonu isə xarici hərbi maliyyələşmə kimi ayrılacaq. 
 
Qeyd edək ki, büdcəyə əsasən ABŞ 2015-ci ildə Ermənistana 24,7 milyon dollar, Gürcüstana isə 53,5 milyon dollar verəcək. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4805

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031