Ermənistan Rusiyanın Ukrayna ilə müharibəsinə dəstək verdi

05.03.2014 - 13:37

Ermənistan Rusiyanın Ukrayna ilə müharibəsinə dəstək verdi

Ermənistan Rusiyayla birgə Ukrayna əleyhinə savaşmağa hazırdır
Politika.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Təhlükəsizlik Şurasına göndərdiyi sorğudan sonra bu qərara gəlib. Şuradan mətbuata Putinin keçirdiyi konfransda bütün sözləri dediyini və bununla kifayətlənməli olmaları barədə açıqlama verib. Mətbuat isə öz növbəsində bu cümlələri analiz edərək Ermənistanın Rusiya tərəfində vuruşacağını iddia edib. “Təhlükəsizlik Şurasının verdiyi cavab hər şeyi özündə əks etdirir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Əgər Rusiya-Ukrayna savaşı başlasa, o zaman Ermənistan müharibəyə qatılacaq və Rusiyayla birgə vuruşacaq. Ən azından, Təhlükəsizlik Şurasının verdiyi açıqlama təəssüf ki, bizim sözlərimizi inkar etməyə kifayət etmir”. Qeyd edək ki, Rusiyanın Krıma öz qoşunlarını göndərməsindən sonra heç bir rəsmisi vasitəsiylə Ukrayna hadisələrinə münasibət bildirməyən ölkələr sırasında Ermənistan da yer almışdı. Hazırda bu ölkənin əsas hərbi vasitələri Rusiyanın nəzarətindədir. Ölkənin qərb və cənub sərhədləri rus sərhədçiləri tərəfindən qorunur. (politika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=4811

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031