Rövnəq Abdullayev İngiltərədə "nurçu" məktəbi açıb? – ŞOK İDDİA

05.03.2014 - 13:47

Rövnəq Abdullayev İngiltərədə “nurçu” məktəbi açıb? – ŞOK İDDİA

“”Nurçu”lar liderlər arasında danışırlar ki,Rövnəq Abdullayevi şakirt yapa bilmişik”
Azərbaycan mətbuatında “nurçu” qalmaqalı davam edir. Azərbaycanın bir çox dövlət strukturlarının , yüksək vəzifəli məmurlarının və millət vəkillərinin də ittiham edildiyi bu qalmaqala daha bir ad əlavə olunub.
Avropa.info-nun  elektron poçtuna  ARDNŞ prezidenti Rövnəq  Abdullayevin  “nurçu”ları dəstəkləməsi haqda sensasion məlumat daxil olub. Məlumatda bildirilir ki, Rövnəq Abdullayev  “nurçu” larla əlaqə saxlamaq və onlara dəstək vermək işini müavini  Xaliq  Mustafayevə tapşırıb. Xaliq Mustafayevin  qatı “nurçu” olduğu və  bu cəryanın liderlərindən sayılan , Xəzər TV-nin rəhbəri  Hüseyn  Dinləməzlə mütəmadi olaraq  təmasda olduğu bildirilir.  
“Xaliq  Mustafayev həftədə ən azı uc dəfə Huseyn Dinləməz və Ahmet Sanıcla görüşür. “Nurçu”ların  Azərbaycanda olan məktəbləri  artıq bütünlüklə Rövnəq Abdullayevin  nəzarətinə  keçib. Hətta  “nurçu” lar  İngiltərədə Xaliq Mustafayevin vasitəçiliyi və Rövnəq Abdullayevin maliyyə yardımı ilə yeni məktəb açıblar. İngiltərədəki Təhsil  Mərkəzi  vasitəsi ilə bu ölkənin  unversitetlərində oxuyan  azərbaycanlı məmur balaları  “nurçu” luğa  cəlb edilirlər.”
Rövnəq Abdullayevin  oğlunun  da  “nurçu”lara məxsus olduğu bildirilən, “Çağ Öyrətim” Lİtseyində təhsil aldığını bildirən məktub müəllifi,  Azərbaycanda olan birbaşa ARDNŞ prezidentinə zəng etdiklərini qeyd edir.
“”Nurçu”lar liderlər arasında danışırlar ki, Rövnəq Abdullayevi şakirt yapa bilmişik (Nurçuluqda ilk Nurçuluğa cəlb olunana şakirt deyirlər)”.
(avropa.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031