"Bank of Baku"-nun torbasını "Unibank" "tikib"

05.03.2014 - 14:06

“Bank of Baku”-nun kredit maxinasiyaları
“Unibank”ın ekspert qrupu tərəfindən araşdırılıb və dosye hüquq mühafizə
orqanlarına təqdim olunub
“Bank of Baku”-nun kredit maxinasiyaları
“Unibank”ın ekspert qrupu tərəfindən araşdırılıb və dosye hüquq mühafizə
orqanlarına təqdim olunub 

 

Ölkə
mediasında yayılan xəbərlərə görə “Bank of Baku”nun Müşahidə Şurasının sədri
Elçin İsayev həbs olunub: “O, iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin
keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məlumatlara görə, Elçin İsayev
çirkli pulların yuyulmasında və İrandakı şərikləri ilə qanundankənar əlaqələrdə
şübhəli bilinir. Ehtimal olunur ki, bu həbs eyni zamanda Azərbaycan dövlətinin
son günlər eksterimist dindarlara qarşı həyata keçirdiyi sərt tədbirlər
çərçivəsində həyata keçirilib”.

Onu
da bildirək ki,, “Bank of Baku”nun adı Türkiyədə bir müddət əvvəl həbs olunan
və ötən həftə azadlığa buraxılan Rza Zərrabla da əməkdaşlıqda hallanıb. Bəzi
məlumatlara görə, bu əməliyyat Türkiyədə həbs edilmiş və iki gün əvvəl azadlığa
buraxılmış İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab, habelə İran pullarının
beynəlxalq sanksiyalardan yayındırılmaqla dövriyyəsi ilə bağlı ola bilər.

Əməliyyatın
əsas hədəflərindən biri də bankın iranlı sahibi, Rza Zərrabın bacısının əri
olan Şəhram Oromidir. “Bank of Baku” və Oromi, habelə İranın Bakıdakı gizli
şəbəkəsi barədə ABŞ-ın Bakıdakı səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona –
Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər
strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion
faktlar göstərmişdi. Həmin teleqramı 2011-ci ilin yayında WikiLeaks saytı
yaymışdı.

“Bank
of Baku” ətrafındakı qalmaqalla bağlı “Yeni Cumhuriyyət”ə başqa bir şok məlumat
daxil olub. Bank sektoruna yaxın mənbənin sözlərinə görə son əməliyyatda
Türkiyə hadisələrinin rolu olsa da rəsmi səbəb başqadır: “Bank of Baku”-ya
qarşı konkret ittiham lar irəli sürülüb və bu ittihamlar bankın kredit
verilməsindəki maxinasiyaları ilə bağlıdır. İstintaq orqanlarının əlində “Bank
of Baku”-nun vətəndaşlarla qanunazidd şərtlər daxilində kredit müqaviləsi
bağlaması haqda materiallar var və rəsmi ittihamlar da bununla bağlıdır.”

Mənbənin
“Yeni Cumhuriyyət”ə verdiyi məlumatda ən ilginc məqam “Bank of Baku”-ya qarşı
materialların hazırlanmasında digər bankın iştirakı ilə bağlıdır: “Kredit
verilməsindəki maxinasiyalar “Unibank”ın ekspert qrupu tərəfindən araşdırılıb
və dosye hüquq mühafizə orqanlarına təqdim olunub.”

Məsələ
ilə bağlı əldə etdiyimiz digər məlumatlar üzərində dəqiqləşdirmələr aparırıq.
Yazıda adları çəkilən tərəfləri dinləməyə hazırıq.

 

“Xəbər
xidməti”

Short URL: http://www.cumhuriyyet.net/?p=4814

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930