Türk ifaçının Azərbaycandan apardığı milyonlar

05.03.2014 - 14:50

Türk ifaçının Azərbaycandan apardığı milyonlar 

Türkiyəli müğənni Tuğba Ekinci diqqət çəkən foto paylaşıb. 
ANS PRESS-in məlumatına görə, ifaçı yeni fotosu ilə ən əsas da azərbaycanlıların diqqətini cəlb etməyi bacarıb. Ötən ay Azərbaycana səfər edən Tuğba buradan qayıtdıqdan sonra şəxsi İnstaqram səhifəsinə külli miqdarda Azərbaycan manatı olan pullarının fotosunu çəkərək izləyiciləri ilə paylaşıb.
Tuğba Ekinci şəklin altından “Bir kısmı da burada kalmış unutmuşum” (yadımdan çıxıb pulların bir qismidə burada qalıb) şərhini bildirib. Xarici sənətçilər ölkəmizdən küllü miqdarda vəsait əldə edərək ölkələrinə qayıtmağı artıq sirr deyil. Amma belə açıq formada pulların rəsmini görüntüləyib hər kəsə nümayiş edən ilk insan Tuğba oldu.
Qeyd edək ki, Tuğba Ekinci ötən ay paytaxtda restoranlardan birinin açılışına qatılmaq üçün Azərbaycana dəvət edilmişdi. İfaçı gəlişindən istifadə edib müğənni Rəqsanə İsmaylovanın “İnanımmı” mahnısını türk dilində ifa edib daha sonra isə klip çəkdirmək qərarına gəlib. Rəqsanə və Tuğba media nümayəndələrini başlarına toplayaraq mahnının Türk versiyasının təqdimatını keçiriblər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4815

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930