"Gələcək nəsillərin haqqını yeyirlər"

05.03.2014 - 15:18

“Gələcək nəsillərin haqqını yeyirlər”

“Media forum” saytına danışan iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanda neft gəlirlərinin idarə olunması strategiyasına əməl edilmədiyini deyib. O qeyd edib ki, 2014-cü ildə Dövlət Neft Fondunun gəlirlərinin 11 milyard 627 milyon manat, xərclərinin isə 11 milyard 350 milyon manat təşkil etməsi nəzərdə tutulur: “Bu o deməkdir ki, əldə edilən gəlirlərin 97,6 faizi xərclənəcək. Neft Fondu gəlirlərin 2012-ci ildə 77,3, 2013-cü ildə 90,4 faizini xərcləyib. Göründüyü kimi, 2012-ci ildə yığıma gedən hissə 22,7, 2013-cü ildə 9,4 faiz olub, 2014-cü ildə isə 2,4 faiz olacağı gözlənilir. Bu isə 27 sentyabr 2004-cü ildə imzalanmış “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sının prinsiplərinə ziddir.



Həmin prinsiplərdə göstərilir ki, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir. Görəsən, neft gəlirlərinin xərclənməsinə sərəncam verənlər prezidentin sərəncamını niyə nəzərə almırlar və bununlda da indiki gənclərin və gələcək nəsillərin haqqını niyə yeyirlər?”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4816

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031