Əhməd Əhmədzadənin daha bir idarəsundə şok korrupsiya
Şirvan Qışlaq Otlaqlarının Su Təminatı Sistemlərinin
İstismarı İdarəsinin rəisi Valeh Qaraşov sahibkarlara su ilə təmin etmək
əvəzinə onlara söz-söhbət yedizdirsə də, özü idarəyə ayrılan milyon
manatlarla dövlət vəsaitini mənimsəyib
İstismarı İdarəsinin rəisi Valeh Qaraşov sahibkarlara su ilə təmin etmək
əvəzinə onlara söz-söhbət yedizdirsə də, özü idarəyə ayrılan milyon
manatlarla dövlət vəsaitini mənimsəyib
Qışlaq Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi
Valeh Qaraşov sahibkarlara su ilə təmin etmək əvəzinə onlara söz-söhbət
yedizdirsə də, özü idarəyə ayrılan milyon manatlarla dövlət vəsaitini
mənimsəyib. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir.
olan məlumatda göstərilir ki, boru kəmərlərinə əsaslı və cari təmir
üçün ayrılan dövlət vəsaitləri təyinatı üzrə xərclənməyib və idarə rəisi
Valeh Qaraşov tərəfindən mənimsənilib. Bildirilir ki, Şirvan Qışlaq
Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi Şirvan, Ağsu,
Şamaxı, Quba, Kürdəmir rayonlarına, o cümlədən Hacıqabul rayonunun otlaq
sahələrinin bir hissəsini su ilə təmin edir. Suyu isə Hacıqədirli
gölündən götürür.
olunur ki, sənədlərə baxılarsa, idarənin 80-90 faiz sahibkarları su ilə
təmin etdiyi görünər. Amma əslində otlaq sahələrini və fermerləri su ilə
təmin etmək üçün yer altı borular yoxdur. Bunu istənilən yoxlama aşkar
edə bilər.
boruları çoxdan idarə müdiri Valeh Qaraşov tərəfindən çıxarılaraq
metallom adıyla satılıb və artıq neçə ildir ki, 5 rayonun otlaq
sahələrin sulanması üçün tək Allaha dua eləmək qalır ki, Allah yağış
yağdırsın. Bildirilir ki, faktiki olaraq Şirvan Qışlaq Otlaqlarının Su
Təminatı Sistemlərinin İstismarı İdarəsi sahibkarların və fermerlərin
10-15faizini su ilə təmin edir. Halbuki, idarə 111 min hektar əraziyə
xidmət etməlidir və hazırda əmək haqqı fondu, su daşınması üçün nəzərdə
tutulan 100 min tonlarla yanacaq və digər ehtiyat hissələri üçün
alınmalar mühasibatlıq sənədlərində göstərilsə də, bu təyinatlar üzrə
vəsaitlər idarə müdiri və baş mühasib tərəfindən mənimsənilir. Sənədlərə
baxdıqda isə görmək olar ki, il ərzində həmin vəsaitlər hər bir xərc
maddəsinin maksimal həddini keçməməklə xərclənir.
olan məlumatda bildirilir ki, idarəyə ayrılan vəsaitləri mənimsəməklə
Valeh Qaraşov o qədər varlanıb ki, hətta bir müddət əvvəl Kürdəmir
rayonuna icra başçısı gəlmək həvəsinə düşüb. Mənbə bildirir ki,
araşdırma zamanı bəlli olub ki, Valeh Qaraşovun ali təhsil haqqında
diplomu saxtadır. Buna görə də Valeh Qaraşovun hüquq-mühafizə orqanları
ilə “baş ağrısı” ortaya çıxıb. Lakin bir müddət sonra Valeh Qaraşovun
“problemini” həll edərək vəzifəsini qoruyub saxlamağa nail olub.
bildirir ki, Şirvan Qışlaq Otlaqlarının Su Təminatı Sistemlərinin
İstismarı İdarəsində ştatda göstərilən işçilərin 60 faizi “ölü can”dır
və həmin işçilərin çoxusu uzun illərdir Azərbaycandan kənardadarılar.
Bildirilir bütün bu işçilərin maaş kartlarını özündə saxlayan Valeh
Qaraşov hər ay bir neçə rayonda və Bakıda həmin kartlardan pul çıxarır.
Short URL: http://www.cumhuriyyet.net/?p=4821